Nədənsə Vaxtanq mənim yaddaşımda yay mövsümü ilə bağlı qalıb, hərçənd mən onu, əlbəttə, ilin bütün fəsillərində görürdüm. Budur, o, göy ipək köynəkdə, ağ şalvarda və ağ parusin ayaqqabılarda bayram əhvali-ruhiyyəsi ilə körpünün taxta döşənəyi ilə gedir və yüngül meh gah onun şalvar üstündən buraxdığı köynəyi yelləyir, gah da onu möhkəm, qamətli bədəninə yapışdırırdı.
Yaxşı yadımdadır onun iradəli sifəti və bu sifəti iradəli edən çənəsi, lakin mən hələ o vaxt başa düşürdüm ki, iradədən xəbər verən bu çənə, əslində, iradənin özünə bir kinayədir, çünki onda nəyə isə nail olmaq həvəsi deyil, artıq əldə edilmiş və ya beş dəqiqədən sonra əldə ediləcək xoşbəxtliyin ifadəsi var idi: çıxışda onu həmişə qız, çox vaxt isə qızlar gözləyirdilər.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.