– Salam, – məşqçi mənə dedi. – İş-güc?
– Yavaş-yavaş, – dilləndim. – Çıxış haradadır?
Bədən tərbiyəsi ilə işim bitdi və mən hekayə yaz-dım. Hekayədə mənim gecə gəzintilərimdən nələrsə vardı. Yağışın səsi. Sükan arxasında yuxuya getmiş sürücülər. Bir-birinə çox bənzəyən səssiz-səmirsiz kü-çələr…
Saqqallı ədəbi işçi mənim əlyazmamı xeyli vaxt eşələnərək axtardı. Şkafda qurdalana-qurdalana soru-şurdu:
– Bu sizin deyil ki – “Səhərə yaxın buz tutdu…”?
– Xeyr, – mən deyirdim.
– Bəs bu – “Səhər hava açıldı…”?
– Xeyr.
– Bu, necə – “Səhərə yaxın Yermil Fedotoviç canı-nı tapşırdı…”?
– Qətiyyən.
– Bəs bu? Adı belədir – “Təkayaqlıların marşı”.
– “Tənhaların marşı”, – deyə düzəliş verdim.
O, əlyazmanı vərəqləyə-vərəqləyə təkraralayırdı:
– İndi görərik, necə balıqçısınız… Görərik…
Sonra isə:
– Siz burada yazmısınız: “… və yalnız quşlar qranit heykəlin başı üstündə uçuşurdular.” Bilmək istərdim ki, bu quşlar nəyin təcəssümüdür?
– Heç nəyin, – mən dedim. – Sadəcə, uçurlar. Elə belə. Bu, normal haldır.
– Niyə uçurlar ki? – redaktor candərdi soruşdu. – Hansı səbəbdən? Hansı bədii mənanı gücləndirmək-dən ötrü?
– Uçurlar, vəssalam, – mən pıçıldadım, – adi hal-dır…
– Tutaq ki, elədir. O zaman deyin görüm bu quş-lar hansı mənəvi dəyəri simvolizə edirlər? Xronosu, yoxsa Demosu?
Dəhşətdən ayaq barmaqlarımı tərpətməyə başla-dım.
– Bir sual da verim. Siz torağaysınız, ya bayquş?
Mən çığırdım, redaktorun saqqalını ütdüm və qa-pıya sarı yönəldim.
Arxamca səs gəldi:
– Bir dəqiqə. İstəyirsiniz, sizə cəfəngiyatdan bir məsləhət verim?
– Cəfəngiyatdan?!
– Əşşi, daha doğrusu, fənərdən.
– Fənərdən?!
– Necə deyərlərsə, saç altından.
– Saç altından?!
– Bir sözlə, klassikləri təkrar-təkrar oxuyun. Puş-kini, Lermontovu, Qoqol, Dostoyevskini, Tolstoyu. Əsas Tolstoyu. Dərindən düşünsək, bu qrafa qədər ədəbiyyatımızda heç əsl kişi olmayıb…
Ədəbiyyatla işim bitdi.
Günlərim cansıxıcı keçirdi. Yuxu, qatıq, iş, tənha-lıq. İş yoldaşlarım mənim bu vəziyyətimi görüb əl-ayağa düşdülər. Məni xeyli inkişaf etmiş bir qız – Fri-da Şteynlə tanış etdilər.
Biz restoranda iki saat vaxt keçirdik. Musiqi səslə-nirdi. Frida menyunu oxuyurdu, Tövrat kimi – sağ-dan sola. Biz blinçiklərlə kofe sifariş etdik.
Frida dedi:
– Biz hamımız müəyyən çevrənin adamlarıyıq.
Mən başımla təsdiqlədim.
– Ümidvaram ki, siz də hansısa çevrəyə mənsub adamsınız.
– Bəli, – cavab verdim.
– Məhz hansına?
– Dördüncüyə, – dedim. – Əgər cəhənnəmin çev-rələrin nəzərdə tutursunuzsa.
– Əhsən! – qız dedi. Mən o dəqiqə şampan sifariş etdim.
– Nədən danışaq? – Frida soruşdu. – Coysdan? Hitlerdən? Pşebışevski haqqında? Qara teryerlərdən? Struktur dilçilikdən? Neofreydizmdən? Dizzi Gillespi-dən? Ya bəlkə, Yaspers, ya da Kafka haqqında?
– Kafka haqqında, – mən dedim.
Və ona başıma gəlmiş bir əhvalatı danışdım.
“Deməli, işə gəlirəm. İş yoldaşım Barabanov məni saxlayır.
– Dünən, – deyir, – Kafkanı təkrar vərəqləyirdim. Bəs siz Kafkanı oxumusunuz?
– Təəssüf ki, yox, – mən deyirəm.
– Siz Kafkanı oxumamısınız?
– Boynuma alıram ki, yox.
Barabanov mənə bütün günü çəpəki baxdı. Nahar fasiləsində isə laborant Nina yanıb gəlib soruşur:
– Deyirlər ki, siz Kafkanı oxumamısınız. Bu həqi-qətdir? Ancaq düzünü deyin. Öz aramızda qalacaq.
– Oxumamışam, – deyirəm.
Nina diksindi və Barabanovla birlikdə nahara get-di…
İşdən qayıdanda mən yolda geoloq Tişenko ilə rastlaşdım. Onun yanında, həmişəki kimi, yaraşıqsız bir qız vardı.
– Xantı-Mansiyskdə Kafka satılır! – o, uzaqdan qışqırdı.
– Əla, – heç geri çevrilmədən dedim və yoluma davam etdim.
– Hara gedirsən? – geoloq incik səslə soruşdu.
– Xantı-Mansiyskə, – dedim. Bir dəqiqə sonra isə artıq evdə idim. Dəhlizdə qonşum – bağçaya gedən Roma üstümə düşdü. Ayağımın birini qucaqlayıb de-di:
– Biz isə nənəmlə birlikdə Kafkanı oxumuşuq!
Mən qıyya çəkib qaçmaq istədim. Amma Roma ayağımdan möhkəm yapışmışdı.
– Xoşuna gəldi bəs? – mən soruşdum.
– Belə də, – Roma dilləndi.
– Dostum, bəlkə, nəyisə səhv salırsan?
Onda bağça uşağı evdən iri sınıq-salxaq bir kitab gətirib içindəki kaska şəklini göstərdi:
– Kafka!
– Sən ağıllı oğlansan, – mən dedim. – Amma bir az pəltəksən. Bəlkə, sənə tüfəng hədiyyə edim?
Elə də etdim.”
– Əhsən! – Frida Şteyn dedi. Mən yenə şampan si-fariş etdim.
– Mən bilirəm ki, – Frida dedi, – siz novellalar ya-zırsınız. Onları oxuya bilərəmmi? Yanınızda var indi?
– İndi yanımda yalnız hələ mövcud olmayanlardır, – mən dedim.
– Əhsən! – dedi Frida.
Yenə şampan sifariş etdim…
Gecə