Yer üzündə axırıncı gecə. Həmid Piriyev. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Həmid Piriyev
Издательство: Köhlən Nəşriyyatı
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
da. Baxsan hamı xəşil çaldırıb, yeyib yatır.

      – Qar yoxdu axı. Xəşili qar yağanda çalarlar.

      – Əşi, ona baxan var? Hava soyuqdu, deməli olar. Qarı gözləsən, gərək xəşil yeməyəsən heç. Görmədin, bildir qar yağmadı.

      – Təbiət dəyişib də. Görmürsən, otlar da dəyişib. Əvvəl çıxan otlar daha çıxmır. Yerinə başqaları çıxır.

      – Hə, fikir vermişəm.

      – Quşlar da dəyişib e. Sığırçın yığışıb, yerinə qaratoyuq gəlib. Qabaqlar buralarda qaratoyuq olmazdı axı. Sərçələr də cırlaşıb. Hələ kələkovdarı[1]… Nəsli kəsilib.

      Danışa-danışa hesabı da itirdilər. Bilmədilər kim uddu, kim uduzdu..

      Pəncərənin qabağından keçən məktəbliləri görəndə Mirzə saata baxdı. Günorta olmuşdu.

      – Akif, gedim bir az çörək yeyim, gəlirəm. Səhər gördüm təzə balıq gəlib, almışam. Nabata dedim südlü aş bişirsin. Meylin çəkir, gəl gedək bizə.

      – Nuş, nuş. Çox sağ ol. Axşam gələcəksən?

      – Hə, keçərəm axşamüstü.

      İsti aşı yeyəndən sonra yuxusu gəldi. Divanda uzanıb televizora baxa-baxa huş apardı onu, iki saat yatıb durdu. Çay içəndən sonra yenə kluba getdi. Hava qaralanacan nərd atdılar. Akif tək deyildi, Tahirlə Əli də gəlmişdi. Növbəylə oynadılar.

      Klubdan çıxıb evə gələndə havanın şaxı sınmışdı, sakit, xoşagələn havaydı. Sən deyən soyuğu da yox idi.

      …Yaxşı şeir olmalıydı bu şeir. İnsanların düzlüyündən, vəfadan, sədaqətdən, dostluqdan olmalıydı. Yaza bilsəydi əgər…

      İki nimçə də aş yedi. Çayı içəndə əsnəyə-əsnəyə dedi:

      – Ay Nabat, yuxum var, bu gün tez yatacağam. Yerimi sal.

      Çayı içib içəri keçdi. Yerinə uzanan kimi yatdı.

      …Gecənin hansı vədəsiydi oyandı. Otaq aydınlıqdı, bayırdan nur yağırdı otağa. Qulaqbatıran sükut hakimdi ətrafda. Durub pəncərədən bayıra baxdı. Qar yağırdı. Hər tərəf ağappaqdı. Qara baxdı. Beş dəqiqə, on dəqiqə… Bir də gördü hardansa ovuc içi boyda sərçə uçub gəldi, düz pəncərənin qabağındakı albalı ağacının çılpaq budağına qondu. Oturan kimi də təzədən uçdu. Budağın üstündəki qar ayaqlarını üşütmüşdü sərçənin. Dimdiyiylə budağa vurdu, budaq silkələndi, üstündəki qar dağıldı. Sərçə qarını təmizlədiyi budaqda oturdu. Tüklərini qabardıb Mirzəyə baxdı, boynunu bükdü, sonra uçub getdi.

      Mirzə keçib çarpayıda oturdu. Dəftəri açıb yazmağa başladı. Haçandı yazmaq istədiyi şeirdi, misra-misra, bənd-bənd kağızın üstünə tökülürdü. Yazdı, yazdı, dəftər doldu. Axırıncı iki bəndi yaşıl dəftərüzünün içəri tərəfinə yazdı. Qurtarandan sonra dəftərin üzünə iri, aydın xətlə “Sərçə poeması” sərlövhəsini qeyd etdi…

      Səhər həmişəkindən gec durdu. Yerində dikəlib pəncərədən baxdı, daha qar yağmırdı. Ölüşkün qış günəşi zəif-zəif parıldayırdı. Əl atıb dəftəri götürdü. Şeiri görəndə rahatlandı. Yuxuda görməyibmiş, doğrudan yazıbmış. Şeiri iki dəfə başdan-ayağa oxudu. Əslində şeir yox, poema. İstədiyindən daha yaxşı alınmşdı. Dəftəri şkafın gözünə, kitabının qalan nüsxələriylə əlyazmalarının yanına qoydu.

      Gecə Nabat onun yerini salmağa gedəndə dedi:

      – Dəftər qoyma. Elə o stulu da götür içəridən.

      Beş-on saniyə sonra yavaş-yavaş, az qala pıçıltıyla əlavə elədi:

      – Daha şeir yazmayacağam.

16 sentyabr 2016

      Qanadlarım ağrıyır

      …ki,

      sənin qanadların qırılmaq istəmirdi.

Hədiyyə Şəfaqət

      Hərdən elə bilirdi quşdu. Uçmaq istəyirdi, uça bilmirdi…

      Püstəxanım talvarın altında oturmuşdu. Alaqapının balaca gözü aralandı.

      – Pistə… Ay Pistə…

      Püstəxanım səsi eşitmədi, qocaldıqca qulağı ağırlaşmışdı. Qapı bir az da aralandı, Süriyə başını içəri soxdu.

      – Ay Pistə…

      Gördü Püstəxanım oturub, içəri girdi. Alçaqdan danışa-danışa yaxına gəldi. Öz aləmində Püstəxanımla əhval tuturdu. Püstəxanımın fikri uzaqlardaydı, Süriyə yanına çatanda başını qaldırıb onu gördü.

      – Ay Süryə, xoş gəlmisən.

      Süriyənin əlində bir salxım şirəyi üzüm vardı. Bayaq alçaqdan verdiyi sualı indi bərkdən verdi.

      – Pistə, neynirsən, necəsən?

      Püstəxanım əllərini açıb başını yellətdi.

      – Mənəm də… Oturmuşam.

      Sonra ayağına söykətdiyi əsasını əlinə götürüb ayağa durdu.

      – Gəl gedək içəri.

      – Yox, tələsirəm. Ay Pistə, bax gör abqora çəkmək olar?

      Püstəxanım gözlərini qıyıb salxıma baxdı.

      – Həri, şirəyə dolur. Əsil vaxtıdı.

      – Bildir baş qarışıq oldu, imkan olmadı sıxmağa. Qışda bir gilə abqora tapa bilmədim. Heç olmasa bu il əlim yerdə qalmasın.

      Süriyə əlini sağ ol mənasında yellədib yenə dodaqaltı Püstəxanımla sağollaşa-sağollaşa qapıya tərəf getdi.

      – Ay Süryə, heç olmasa içəri keçəydin.

      – Yox e, tələsirəm ay Pistə. Gələn səfər…

      Püstəxanım Süriyənin dalıyca gəlib qapını yaxşı bağlayıb-bağlamadığını yoxladı. Sonra qapının poçt deşiyindən bayıra baxdı. Alaqapı köhnəydi, üst-üstə rənglənib ağırlaşmışdı, altı çürüyüb yerə oturmuşdu, on-onbeş ildi böyük tayları açılmırdı. Hardasa qırx il qabaq köhnə evi böyüdəndə qapını da təzələmişdilər, taxta qapını çıxartıb yerinə bu dəmiri qoydurmuşdular. Qapının içəri tərəfində poçt yeşiyi vardı. Hər gün poçtalyon abunə yazıldıqları qəzeti-jurnalı gətirib bu deşikdən yeşiyə buraxırdı. Doxsanıncı illərdə bu ənənə yığışdı, daha qəzetə-filana abunə yazılmırdılar, poçtalyon da gəlmirdi. Onda Püstəxanımın kiçik oğlu poçt yeşiyini çıxartdı, amma deşiyi qaynaqlamadılar. O vaxtdan Püstəxanım bekar olanda çıxıb dayanırdı bu deşiyin qabağında, kəndin içinə baxırdı. Qapıdan aralanmamış Nərgiz gəldi. Nərgizin bir az aralıda pal-paltar dükanı vardı. Amma adı pal-paltar dükanıydı, ələ keçən hər şeyi satırdı Nərgiz. Dükanın ayaqyolusu olmadığı üçün subaşına Püstəxanımgilə gəlirdi. Vaxt keçdikcə doğmalaşmışdılar, qızı kimi olmuşdu. Bir də görürdün çiməndə gəlib kürəyini kisələyirdi Püstəxanımın, azarlayanda iynələrini də o vururdu.

Скачать книгу


<p>1</p>

Kələkovdarı – taclı sərçə.