Hər dəfə anasını xatırlayanda Həmidin gözləri dolur, ürəyi kövrəlirdi. Onun bu dünyada anası qədər sevdiyi ikinci adam yox idi. Ağlına gətirə bilmirdi ki, nə vaxtsa bir kimsəni istəyə, kiməsə mehrini sala bilər.
* * *
Kirayə pulunu vermək üçün Həcər xalanın yanına gələndə Həmid Aynuru burada gördü. Uşaq qəmli görünürdü.
– Nə olub. Aynur? Yoxsa darıxırsan? – deyə soruşdu. Lakin onun cavab vermədiyini görcək əlavə etdi: – İstəyirsən sənə bir nağıl danışım?
Aynur sevinclə yerindən dikəldi:
– İstəyirəm.
– Onda bir az gözlə. – Həmid Həcər xalaya pulu uzadıb: – Həcər xala, icazə versəniz Aynuru bizə apararam, – dedi.
– Nə olar, aparırsan, apar da. Onsuz da anası gedəndən kefi açılmır, – deyə Həcər xala ona razılıq verdi. Həmid Aynuru otağına gətirib:
– Bura mənim sarayımdır, – dedi.
Aynur ağzınacan dolu kitab şkafını görüb heyrətə gəldi:
– Gör nə qədər kitab var… Вunları neynirsən?
– Oxuyuram.
– Bu qədər kitabı oxuyub qurtarmaq olar?
– Böyüyərsən, onda görərsən ki, bunlan oxumaq o qədər də çətin deyil.
Aynur indi də divardakı şəklə tamaşa etməyə başladı.
– Bu kimdir?
– Anam.
Aynur dönüb Həmidə baxdı.
– Dünən qanın qaraldı?
Həmid onun nəyə işarə vurduğunu dərhal anladı:
– Nədən bildin ki, qanım qaraldı?
– Az qalmışdı ağlayasan.
– Nə? – Həmid tutuldu.
– Hə, bunu mənə anam dedi.
Həmid daha deməyə söz tapmadı. Bir azdan o. Aynura nağıl danışmağa başladı. Bu, dəcəl ayı balasının başına gələn maraqlı sərgüzəştlərlə dolu əhvalat idi. Aynur ağzını açıb elə diqqətlə qulaq asırdı ki, Həmid bundan şövqlənib indicə uydurduğu bu nağıla bəzək-düzək vurmağa başladı. İlk dəfə idi ki. Həmid nağıl danışırdı. Bunun uşağı belə əyləndirə biləcəyini təsəvvürünə belə gətirməmişdi. Aynura bayaq elə-belə demişdi ki, nağıl danışacaq. İndi isə özü də gözləmədiyi halda gözəl bir nağıl yaranmışdı.
Bir saatdan sonra uşağı Həcər xalaya təhvil verəndə Həmid dedi:
– Aynur darıxanda göndərin mənim yanıma.
– Yaxşı, – deyə Həcər xala cavab verdi.
Həmidin “saray”ı o gündən Aynur üçün sirli bir dünyaya döndü. Hər dəfə bura gələndə Həmid ona maraqlı, gözlənilməz hadisələrlə dolu nağıllar danışırdı. Aynur indi gecə-gündüz onlann aləmində yaşayırdı. Həmidin nağıl danışmağı onu heyran edirdi. O, məzəli səslər çıxarıb adamları, heyvann, quşları elə təqlid edirdi ki, Aynur uğunub gedirdi. Anasının nağıl danışmaqla arası yox idi. Bildiyi iki-üç nağılı o qədər danışmışdı ki, Aynur onlan əzbər bilirdi. Həmidin danışdıqlarını isə Aynur nə televiziyada görmüş, nə də bağçada eşitmişdi.
Həmid bəzən ona qəmli nağıllar da danışırdı. Lakin hər dəfə belə nağıldan sonra uşağın ağladığını, kefinin pozulduğunu görcək özünə söz verirdi ki, bir də belə nağıllar uydurmayacaq. Bir dəfə nağılın sonunda qartal balası öləndə Aynur elə kövrəldi ki. Həmid onu xeyli sakitləşdirə bilmədi. O gündən etibarən Həmid Aynura yalnız şən, sonu yaxşı qurtaran nağıllar danışmağa başladı. Bu nağıllar arasında balaca qızın sərgüzəştləri Aynuru daha çox cəlb edirdi. Bu qızın başına elə əhvalatlar gəlirdi ki, Aynur heyrətlə nağılın haçan tamamlanaçağını gözləyirdi. Ona elə gəlirdi ki, bu qız onun özüdür, bu hadisələr də onun başına gəlib.
Aynur evdə həmin nağıllan olduğu kimi anasına danışır, Dilarə də maraqla qulaq asırdı.
Bir dəfə işdən sonra Dilarə Həmidlə rastlaşdı.
– Necəsiniz, Dilarə xanım, işiniz-gııcünüz necədir? – deyə Həmid onunla hal-əhval tutdu.
– Çox sağ olun, yaxşıyam.
– Bəs mənim dostum hardadır?
– Bağçadadır, onu götürməyə gedirəm.
– İcazə versəniz mən də sizinlə gedərəm. – Bu sözləri Həmid ehtiyatla, təklifinin rədd ediləcəyindən qorxa-qorxa dedi, lakin Dilarə o saat razılıq verdi.
– Aynur yaman sevinər, – dedi.
Həmid Aynurun anasına son dərəcə oxşadığını yalnız indi. Dilarə ilə söhbət edəndə gördü. Aynurun qapqara, iri gözləri, geniş alnı, xırdaca burnu, hətta saçlarının rəngi də eynilə Dilarəninki kimi idi. Həmid bu oxşarlığa mat qaldı. Adamın adama bu qədər oxşaya biləcəyini o, ağlına gətirməzdi.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.