Burda insanlar öz ad günlərində anasız doğulurlar…
Aydan boylanan bulud
bağlayır çərçivəsiz qapımı,
örtür şüşəsiz pəncərəmi…
Az qala unudacaqdım-Rəfail Tağızadənin şeirlərində buludlar axıb gedir. Buludlar… buludlar…
Araşdırma və ya bir resenziya sənətkar haqqında tam doğru-düzgün mənzərə yarada bilməz, olsa-olsa onun həyat və yaradıcılığına işıq tuta bilər. Bir rəssamın tablosunu öz gözlərimizlə görməliyik, şairin şeirini oxumalıyıq, mütləq oxumalıyıq.
…Açıq qapı arxasından musiqi səsi eşidilir – bu Şopenin nöktürnüdür.
Musiqiçi dostum
bir nöktürn çal.
Məni məndən qopar,
məni məndən al.
Şopen musiqiylə, Rəfail Tağızadə şeirləriylə Yaradana dua edirlər…
* * *
Telefon zəng çalır – dəstəkdə Rəfailin səsi. Ordan-burdan, mənim səhhətimdən, Suriyadan, Fələstindən, Qarabağdan və Əkrəm Əylislidən danışırıq…
Yenidən masa arxasına keçirəm, amma daha yaza bilmirəm, bu yazı bir telefon zəngi ilə bitir. Içimə çökmüş niskillərin acısı gözlərimi yandırır…
Şeir şairin daxili monoloqudur, yəni iç səsidir.
Rəfail Tağızadənin iç səsini-monoloqunu dinləyin…
«Gecə xəyalları» haqqında düşünün…
Şairin gecə xəyalları ilə öz gecə xəyallarınız arasında bağlılıq tapacağınıza ümid bəsləyirəm, bu isə şair xoşbəxtliyidir.
* * *
İnsan doğulduğu torpağa bənzəyir. Rəfail Tağızadə Qarabağa oxşayır…
Adil Mirseyid
Nİgaranlıq
Taleyin boz fəsli dəyişmir hələ,
bu ömür baharla sevişmir hələ,
gecədə ay da yox, gündüz də belə,
gün keçir, ay ötür, könül nigaran.
Günahlar atılır zamanın üstə,
ömürlər əriyir gümanın üstə,
yaxşılar savaşır yamanın üstə,
gün keçir, ay ötür, könül nigaran.
Əllərdən qaçanlar gözlərdən qaçır,
kar qulaq haqq olan sözlərdən qaçır,
yorulan yollar da izlərdən qaçır,
gün keçir, ay ötür, könül nigaran.
Tabladıq dərdlərə dözənə qədər,
xərcləndik günləri üzənə qədər,
yaşadıq, bu ömrü çözənə qədər,
gün keçir, ay ötür, könül nigaran.
vİtrİndəkİ pаltаrlаr
alıcısını gözləyən vitrindəki pаltаrlаr
utаnаr yаmаn,
utаnаr zаmаn-zаmаn
kirаyənişin bədənə
gеyinilib sоyunulmаqdаn
vitrindəki pаltаrlаrın
«аpаr məni, аpаr məni» dеyən,
yаlvаrаn bахışlаrı
uzаnаr…, uzаnаr qаpıyаcаn
vitrindəki pаltаrlаr
bir аnlıq хоş bахışlаrа аldаnаr
vitrindəki pаltаrlаr
umud asılqanındаn asılаr
gеcədən səhərədək
vitrindəki pаltаrlаr
хəyаllаrındа
bir isti bədənə sığınıb gəzər
yaz gecələrində,
şəhərin tənha küçələrində.
Darıxan gecə
Bu darıxan gecədə
nə dənizin dalğası,
nə də ki bir kölgə var
üzümə toxunası.
Bu gecə qonaq ay yox
mənimlə söhbətləşə,
bu lal-dinməz gecədə
dərdlərimiz dərdləşə.
Bu darıxan gecəni
qaranlığın qoynunda
səhərə daşıyıram
əllərimin içində.
Dənİz sahİlİndə
Göydən baxan baxışlar,
məni sevir, bağışlar,
bu yuxular qoynunda,
bu tənhalıq içində.
Sahillərdə hasarlar,
aşsam məni asarlar,
saralmış əncirindən,
meynəli kəndirindən.
Qayasında gül oldum,
bağında bülbül oldum,
dibində lal, dənizin,
ləhcəsi bal, dənizin.
Yaradan aparar mənİ
Günlərim qar tək əriyir,
illərim özündən gedir,
ümidim tək işığaydı
o da ki gözümdən gedir.
Özümmü sevim özümü
həsrət məni yoranacan,
zalım fələk, dəymə mənə
qoy yaşayım doyanacan.
Məni görüb hara qaçdın-
qorxma məndən, qorxma, adam,
neyləyim, sizlik olmadım
bu dünyaya tamam yadam.
Daş atmadım özgəsinə,
kor