Rüstəm Behrudinin özü haqqında bilmədikləri. Коллектив авторов. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Коллектив авторов
Издательство: Hədəf nəşrləri
Серия: Çağdaş ədəbiyyat
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
müqəddəslik nümunəsi ola bilən, sevgi və azadlıq haqqındakı mətləblə-rini ifadə edən ümumiləşmiş obrazdır. Gürşad –geniş mə-nada Rüstəm Behrudinin estetik idealının təcəssümü olan surətdir. Gürşad-Rüstəm Behrudi üçün günahkar bədəndə əziyyət çəkən təmiz və uca ruhun ideal obrazının poetik ifa-dəsidir. Gürşadın adının əksər məqamlarda Tanrı dağları ilə birlikdə çəkilməsi də bu obrazı böyük ideallarının təcəs-sümü kimi ilahiləşdirmək-müqəddəsləşdirmək mənalarını ifadə edir:” Tanrı dağda Gürşad ilə mən də sənnən qoşaca-ğam”, “Mən Gürşadın ruhuyam, dözmədim Tanrı dağdan” misraları Rüstəm Behrudinin Gürşadı “yeddi rəng bir mə-nadı daha”-deyə bilməyəcəyi qeyri-adi bir ucalıq kimi tə-səvvür və tərənnüm etdiyini göstərir. “Ey Gürşad, gəl qəlb-lərə dol, "Qəlblərə dol, and yeri ol, Kim səni görsə bircə yol, İmandan, dindən keçəcək" – misraları da Gürşada “and yeri” səviyyəsində poetik münasibəti aydın şəkildə məna-landırır. Aşkar şəkildə görünür ki, şair danışdıqda-məişət-də işlədilən andlardan cox idealı simvollaşdıran uca And yerinə inanır “Mən Gürşadın ruhuyam” desə də “Nə yap-sam günah, səhv ilə, keçdiyin yola əfv elə” sözləri ilə Rüs-təm Behrudi ona – idealına inandığını ürəkdən bağlı oldu-ğunu, ümid etdiyini, hesabat verdiyini də ifadə edir. Bütöv-lükdə Gürşad obrazı Rüstəm Bəhrudinin sevgi və azdlıq idealının daşıyıcısıdır. Bundan başqa, Gürşadlirik poeziya-da simvolik bədii obraz yaratmaq baxımından da Rüstəm Behrudi şeirinin özünəməxsusluğunun ifadəsidir. Doğru-dur, dünya və Azərbaycan şeirində az da olsa buna bənzər örnəklər vardır. Lakin bu, Rüstəm Behrudinin Gürşadıdır: sevgidən və inamdan da uca Gürşad! Gürşad – “Çiçəklər – başdaşım, göy üzü-qəbrim; yarpaqlar kəfənim, ağac tabu-tum”, yaxud "əcəllə ölməyə doğulmamışam" – deyən, “ge-cələr könüldən qurd kimi ulamaq keçən”, yalqızlıqda özü-nü tapmış darıxan lirik mənin özü ilə idealları arasındakı elçisidir, ona dərin ümidlərinin daşıyıcısıdır:

      Təkcə sən bilirsən mən kiməm axı,

      O nur da, Gürşad da sənə bəllidir.

      Mənim tək o nuru görüb sevməyin

      Ruhuma ən böyük bir təsəllidir.

      Bu mənada Gürşadla Rüstəm Behrudinin yaradıcılığın-dakı Şaman obrazı arasında yaxınlıq vardır. Gürşad – Rüs-təm Behrudinin dualarındakı ümidlərin, işığın, idealın, bə-dii obrazıdır. “Şaman duası” – Rüstəm Behrudinin müasir Azərbaycan ədəbiyyatında möhkəmləndirdiyi motivdir. Şa-man duası Rüstəm Behrudi üçün türk dünyasının varlığını ruhunda yaşadan, onun ucalığını və bütövlüyünü hər şey-dən uca tutan, böyük gələcəyə doğru ümidlərini ifadə edən poetik monoloqdur. “Şaman duası” ahəngində poetik təh-kiyəni də yeni dövr Azərbaycan şeirinə Rüstəm Behrudi gətirmişdir. Bu, əslində Dədə Qorqud şeirlərindəki ritmin poeziyadakı yeni improvizasiyasıdır. Rüstəm Behrudi ən müasir mətləbləri Dədə Qorqud təhkiyəsi əsasında “Şaman duası” ilə özünəməxsus poetik səviyyədə səsləndirmək və-zifəsini layiqincə yerinə yetirmiş, nəticədə özünün fərdi üs-lubunu yarada bilmişdir. “Şaman Daştəkənin sonuncu du-ası” şeiri artıq məhz Rüstəm Behrudinin poetik sözüdür.

      Eşit, ey tanrı, dözümüm,

      Bizi lap yordu, vaxtıdır.

      Varıban getmək gərəkdir,

      Göndər Boz qurdu, vaxtıdır.

      Bədoy atları çapdığım,

      Qan bahasına yapdığım,

      Vətən deyib tanıdığım,

      Torpaq bir gordü, vaxtıdır.

      Nəyim var can kimi dadlı?!

      O da Tanrım, döyüş aldı.

      Bi igid göndər – ağ atlı,

      Hifz et bu yurdu, vaxtıdır.

      Rüstəm Behrudinin yaradıcılığında peyda olmuş İblis motivi onun tənhalıq şeirlərinin üzvü tərkib hissəsidir. Özüynən tənha qalanda, yalqızlıq hislərini yaşayanda üz tutub ürəyini boşaltdığı iblis şairi ənənəvi mövzularından bir qədər kənara çıxara bilən, təsəvvürlərini genişləndirən məfhumdur. Bu mənada Rüstəm Behrudinin İblisi ədəbiy-yatda yüksək klassik səviyyədə əksini tapmış “cümlə xəya-nətlərə bais” olan iblisdən fərqli olaraq, çox da vahiməli bir məfhum deyildir.

      Şairin fikrincə, “hər kəsin şeytanla ortaq yanı var”. Rüstəm Behrudiyə görə, ümumiyyətlə insan "yarı iblis, yarı mələkdir". Əgər insanın gözündəki pərdə çəkilərsə, orada hər kəs öz içindəki iblisi görə bilər. Bu mənada Rüstəm Behrudi iblisi mürəkkəb bir məfhum olmaqdan uzaqlaşdı-raraq adiləşdirmişdir. O, ədəbiyyatda İblis xofunun sındıra bilmişdir. Buna görə də Rüstəm Behrudi o fikirdədir ki, hə-yat var olduqca qiyamət gününə qədər insanlığın bətnində iblis yaşayacaq və nəhayətdə cəhənnəmə tək gedəcəkdir. İblis mövzusunda yazdığı şeirlərində Rüstəm Behrudi də “cəhənnəmdən qovulmuş iblis” motivindən istifadə edər-kən:

      Söylə, ən gözəli nədi dünyada

      Baxtın verdiyindən beş əlli tutmaq?

      Dərdiynən barışıb bu yer üzündə

      Qalı b unudulmaq? Yoxsa ki, yerdən

      Başını götürüb gedib unutmaq?

      Suallarına Cavab axtarmış, bir qədər dərinliklərə baş vurmalı olmuşdur. Ancaq bütövlükdə Tənhalıq dərgahında iblislə danışmaq, bölüşmək, onun da yalqızlığı ilə barışmaq Rüstəm Behrudinin İblisini fərqləndirir. Buna görədir ki, o,şeirlərində "İblis mələkdən gözəldir", hətta “mən iblisə qardaş” – deyir. Rüstəm Behrudinin "İblislə qol-boyun" adlı şeir yazması cəmiyyətin tarazlı inkişafında, “qınından çı-xan” haq yolu uğrunda mübarizədə "qanadlarından qan sü-zülən" iblisin də varlığının reallığının qəbul edilməsi zəru-rəti nəzərə çarpdırılır. Bu, ədəbiyyatdakı ənənəvi xeyirlə şə-rin mübarizəsi motivinin ifadəsi demək deyildir. Şairə görə, bəşəriyyətin harmoniyası naminə onsuz insanın içində onunla bir yerdə olan iblislə mələyin dinc yanaşı yaşadıl-ması daha çox fayda verə bilər. Onun fikrincə, İblis xofu ol-mazsa, “dua, tövbə, savab, günah” tərəziləri itən təkbaşına həyat “sərsəm” kimi mövcud olar. Bütövlükdə İblis haqqın-da yazılmış şeirləri ilə, Rüstəm Behrudi dünya ədəbiyyatı-nın əbədi motivi olan bu mövzunun üzərindən mövcüd pərdəni çəkmiş, ona yeni məna verməyi bacarmışdır. İblisə həsr olunmuş şeirlərində Rüstəm Behrudi şair-filosof kimi çıxış edir. Ümumiyyətlə, Rüstəm Behrudinin yaradıcılığın-da insana və cəmiyyətə fəlsəfi baxışın poetik ifadəsi üstün mövqedədir. Onun üslubunda fəlsəfə şeirdən çıxarılan ümumiləşmiş nəticədən çox, şeirin açarıdır. Rüstəm Behru-dinin yaradıcılığının tam mahiyyətini açmağın yolu onun şeirlə ifadə olunmuş fəlsəfəsini aydınlaşdırmaqdan