Tezliklə Komsomol və Gənclərin Mərkəzi Komitə-sinin hər kəsi Vətənin müdafiəsinə səsləyən çağırışı mey-dana çıxdı, çünki almanlar artıq Moskvaya yaxınlaşmaq üzrə idilər. Necə yəni, Hitler Moskvanı ələ keçirəcəkdi? Yol vermərik! Təkcə mən deyil… Bütün qızlar müharibəyə getmək istədiklərini bildirdilər. Mənim artıq atam mü-haribədə idi. Elə bilirdik ki, döyüşən yeganə qadınlar biz olacağıq… Fərqlilər… Amma hərbi komissarlığa gəldiyi-mizdə – orada çoxlu qız var idi. Mən heyrətə gəldim. Ürə-yim od-tutub alışdı – güclü bir şəkildə… Seçim isə həddin-dən artıq ciddi aparılırdı. Əvvəlcə, təbii ki, sağlam olmalı idin. Qorxurdum ki, məni götürməsinlər, çünki uşaq vaxtı tez-tez xəstələnirdim… Sümüklərim də – buna anam hə-mişə təəssüf edirdi – zəif idi. Elə buna görə də bütün uşaqlar məni tez-tez incidirdilər. Bundan başqa, əgər cəb-həyə getmək istəyən qızdan başqa evdə heç bir uşaq qalmırdısa, onda da rədd cavabı verirdilər, çünki ananı evdə tək qoymaq olmazdı. Of, bizim analarımız! Onların gözlərinin yaşı qurumurdu. Bizi danlayır, bizə yalvarır-dılar… Amma mənim özümdən başqa iki bacım və iki qardaşım da var idi; düzdür, hamısı məndən balaca idi, amma hər halda, nəzərə alınırdılar. Bundan başqa, bir məsələ də qalırdı: kolxozdan hamı getmişdi, çöldə işləmək üçün heç kəs qalmırdı, sədr də bu səbəbdən bizi buraxmaq istəmirdi. Bir sözlə, bizə rədd cavabı verildi. Rayon komsomol komitəsinə getdik və orada da “rədd edildik”. O zaman rayonumuzdan olan nümayəndə heyə-ti ilə vilayət komitəsinə getdik. Hamıda böyük bir coş-qunluq var idi, ürəklərimiz yanırdı. Bizi yenə də oradan evə göndərdilər. O zaman qərara gəldik ki, bir halda ki, Moskvadayıq, ən yuxarıya, komsomolun mərkəzi komitə-sinə, birinci katibin yanına gedək. Sonuna qədər istəyimiz uğrunda mübarizə aparaq. Kim məruzə edəcəkdi, aramız-da ən cəsuru kim idi?
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.