– Elə bu? – Nastenka sözümü kəsib güldü.
– Bəli, demək olar ki, elə bu qədər! – deyə canımı dişimə tutub, cavab verdim, çünki yenə gözlərimi mənasız yaş örtməyə başlamışdı. – Görüşümüzə bir saat qalmış yuxudan oyandım, mənə elə gəldi ki, heç yatmamışam. Mənə nə olduğunu heç özüm də bilmirdim. Bu əhvalatı sizə söyləməyi qət elədim; elə bil zaman öz hərəkətini məndən ötrü dayandırmışdı, sanki bu andan etibarən məndə ancaq vahid bir təəssürat, vahid bir duyğu əbədi olaraq qalmalı idi, elə bil bu təəssürat və duyğunun məndə oyandığı dəqiqə əbədiyyətə çevrilməli idi və nəhayət, sanki həyat mənim üçün inkişafdan qalmış, bir yerdə donmuşdu… Yuxudan oyananda mənə elə gəldi ki, çoxdan tanış olduğum, harada isə dinlədiyim, lakin unutduğum gözəl bir musiqini yenidən xəyalımda eşidirəm. Mənə elə gəldi ki, bu musiqi bütün ömrüm boyu ürəyimdə əsir olub qalmış, azadlığa çıxmağa yol axtarmış və yalnız indi…
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.