7
Məsələn, M.Ə.Tərbiyət məşhur fars peyğəmbəri Zərdüştü də Azərbaycan bilginləri arasında saymaqdadır. Zərdüşt gerçəkdən də azərbaycanlıdır. Əbu Reyhan Biruninin bundan 1000 il əvvəl yazmış olduğu ərəbcə əsərdə Zərdüştün Azərbaycanda [Muğanda] doğulub, yetişdiyi qeyd olunmuşdur.
8
XVIII yüzil Avropa hürfikirliliyini Doğuda qüvvətli təmsil edənlərdən biri də islahatçılığı ilə tanınmış ilk müsəlman dramaturqu və çağdaş Azərbaycan ədəbiyyatının qurucusu Mirzə Fətəli Axundzadədir.
9
10
11
12
13
Fateh Sultan Məhəmmədin xüsusi təbibi olan bu adam təhsilini Misirdə yapmışdır. Təfsir ilə hədis elmlərinə aid əsərləri də vardır.
14
15
16
17
18
Rus mühəndislərindən birinin Götenin «memarlıq susmuş musiqidir» vəcisəsindən (bənzətməsindən) mülhəm olacaq, «daşa dönmüş musiqi» deyə heyran olduğu bu binanı 1845-ci ildə nəşr olunmuş səyahətnaməsində Kazan Universitetinin professoru İ.Berezin «Müsəlman memarlığının ən gözəl abidələrindən biri» deyə tərif etməkdədir.
1683-cü ildə Bakını ziyarət edən isveçli Kemfero Engelberto bu abidə haqqında bunları yazmışdır: «Divanxana özəl bir heyranlıq verməkdə… Özünəməxsus şəkil və memarlıqdakı tərzilə də bu seçkin bina sarayın ən ehtişamlı bir zinətini dəxi, təşkil etməkdədir».
19
Arif Ərdəbilinin «Fərhad və Şirin» adındakı əlyazmasının bircə nüsxəsi İstanbulda, Ayasofya kitabxanasındadır, qeyd nömrəsi 3335-dir.
20
Binyon. «Persian miniature Paintiq». Oxford, 1832, s. 183.
21
Rene Grousset. «Les civilisations de L’orient». Paris, 1929.
22
Rene Grousset. «Historie de L’ Asie». Paris, 1922.
23
Z.V.Toqan. «İslam ensiklopediyası». «Azərbaycan» maddəsi.
24
Dövlətşah. «Təzkirə». Baraun yayımı, s.292.
25
Z.V.Toqan. «İslam ensiklopediyası». «Azərbaycan» maddəsi.
26
Seyrəfi islam xəttatlarından Yaqut Müstəsiminin şagirdi, Seyid Heydər Kündənevisin [kündənevis – qalınyazan] doğrudan doğruya şagirdidir. Təbrizin tarixi əski binaları və bilxassə, «Ustad-şagird» adı ilə tanınmış bina onun yazıları ilə süslənmişdir. Malik Deyləmi onun haqqında belə yazmışdır:
M.Ə.Tərbiyətin qeydincə, Azərbaycanın olduğu kimi, İranın dəxi, ən eyi xəttatlarının nəsəbləri bütünlüklə Seyrəliyə varmaqdadır.
27
28
29
30
Çaldıran zəfəri üzərinə Sultan Səlimin 3000 qədər elm və sənət adamlarını Azərbaycandan İstanbula götürdüyü kitablarda qeyd olunmaqdadır.
31
Caminin mehrab qismini təşkil edən çinilərdə [əməle ostadane Təbriz – Təbriz ustalarının işi] qeydi bulunmaqdadır. Bursadakı Yaşıl türbə çinilərində də təbrizli Hacı Əlinin imzası vardır.
32
Cəlaləddin Ruminin «Şəms-ül həqiqət» adındakı əsərindən seçmə parçaları ingiliscəyə tərcümə etmiş olan Nikolson Şəms Təbrizini yunanlı həkim Sokratla qarşılaşdırmaqdadır.
33
Mahmud Şəbüstərinin «Gülşən-i raz»ı h. 829-cu ildə «Şirazi» təxəllüsünü daşıyan bir şair tərəfindən türkcəyə çevrilmişdir [«Danişməndan-i Azərbaycan»]. Bundan yüz il əvvəl bu əsərin almancaya tərcüməsilə bərabər farsca mətni Vyanada basılmışdır.
«Gülşən-i raz» sufiliyin «vəhdət-i vücud», «insan-i kamil» və başqa bir çox sufi ideyalarını sadə və aydın bir dillə anladan min beytdən ibarət bir əsərdir. Şeyxin bundan başqa da önəmli əsərləri vardır.
34
Təbrizdə doğulmuş bulunan bu şeyx məşhur əsəri «Cavidannamə»ni h.796-cı ildə Şirvan həbsxanasında ikən yazmışdır. Eyni ildə üləmanın fitvası üzərinə Miranşahın əmrilə Naxçıvanda öldürülmüşdür.
35
Əbu Abdullah Məhəmməd ibni Bakuya Şirazda bir dağ başında ya