Əmim Hamlet. Eldəniz Qurtulan. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Eldəniz Qurtulan
Издательство: Hadaf Neshrleri
Серия: Xatirə ədəbiyyatı
Жанр произведения:
Год издания: 0
isbn: 978-995-256-619-2
Скачать книгу
atandan sonra bu işlərin axırı necə olacaq? Küçədəki sərsərilərin, qaragüruhçuların dəstəsinəmi qoşulacaq? Bizə yazığınız gəlsin! Bir fikirləşin, necə olacaq bizim halımız?

      Ramiz əmi Xanımı uzun-uzadı dinlədi. Nəhayət:

      – Yaxşı, – dedi, – ürəyinə dərd eləmə, gəlin sonrasını düşünək. – Sonra da Əsədə sarı dönüb dedi, – Oğlum, gəlin başqa bir məhəlləyə köçdüyünüzü fikirləşək. O zaman başqa bir mollaxanaya gedərsən… Hə, buna nə deyirsən?

      – Əmi, anam bizim bu hadisənin sonunu yadından çıxardıb, danışmadı. Falaqqanın qayışını ayaqlarımdan açan zaman dabanlarım partlamışdı, qan içindəydi. Ağrıya güclə dözürdüm. Bir müddət yerimdən tərpənməyə çətinlik çəkdim, hətta çarıqları belə ayağıma geyinə bilmədim və bir müddət beləcə, mollanın, bir də ona kömək edənlərin üzünə baxıb qaldım. Onlar bu halımı görüb sevinirdilər, sanki hamısı bəxtəvər idi. Dizimin üstündə güclə duraraq, dəftər-kitablarımı heybəmə doldurdum, çətinliklə ayağa qalxdım, mollaya yaxınlaşdım və var gücümlə heybəmi başına vurdum. O anda düşündüyüm bir şey vardı: nə olaydı heybəm onun boynunu qıra biləcək ağırlıqda olaydı! Bundan sonra başqa mollaxanaya getməyim də bir çıxış yolu deyil, çünki bilirəm, orda da həmin şeylər təkrar olacaq və bəlkə də, daha ağır hadisələrlə üzləşəcəyəm.

      Ramiz əmi heç bir şey demədi. Cavadın bu qədər rahat danışacağını, bu qədər haqlı olacağını heç gözləmirdi.

      Xanımasa ancaq gözlərinin yaşını silmək qaldı və bu problemin heç biri həlli olmadığını anlayaraq yavaş-yavaş ayağa qalxdı:

      – Mənasız yerə gəlmişik. Oğlan Nuh deyir, peyğəmbər demir. – Sonra oğluna sarı döndü, – Gəl gedək, – dedi, – anladıq, səndən adam çıxmaz. Mənim əziyyətim özümə qaldı. Ayıb olsun sənə. Oxumursansa heç olmasa bir sənət öyrən!

      Xanım, Ramiz əmidən bu mövzuda kömək istədikdən sonra oğlunu, gəldikləri kimi, yenə də, az qala, sürükləyərək evə apardı.

      Bir neçə gün sonra əmisi Əsədullahı yanına çağırdı və ona:

      – Sənin məsələn barədə anana bir söz vermişdim, – dedi.

      – Nə məsələ, əmi? Bilirsən ki, mən anamı çox sevirəm, amma heç vaxt mollaxanaya getməyəcəyəm!

      – Gətməyəcəksən ora. Anan heç olmasa bir sənət öyrənməyini istəmişdi. Mənim bir zərgər dostum var. Onun yanında çalışsan bu peşəni öyrənib bir işin qulpundan yapışarsan. Get anana dua et ki, bu iş düzəlsin. O, sənin xoşbəxtliyini istəyir.

      Əsədullah mollaxananı atandan sonra məşhur bir zərgər ustasının yanında şagirdliyə başladı. Spasskaya küçəsində zərgər dükanına sahib olan Kərbəlayi Əliyev qaraqabaq, tərs və heç kimlə yola getməyən bir adam kimi ad çıxarsa da, Bakının ən usta “naxışçı” zərgərlərindən sayılırdı.

      Qısa boyu, bir az donqar, arıq, sümüklü üzü, uzun çənəsininin ucunda seyrək saqqalı, bığsız, sümüklü yekə burunu xüsusi bir görünüş verirdi ona. Üstəlik, sağ gözündə, qaşla yanağının arasında tək şüşəli gözlüyü vardı. Geyim-keçiminə olduqca diqqət edirdi. Barmaqlarında bahalı iri daşlı üzüklər, jiletinin cibində Breguet markalı qızıl zəngli saatının zənciri bir cibindən o birinə tərəf sallanırdı… Bir də şuxluğunu tamamlayan fil dişindən olan incə əsası…

      Əsədullah Axundov üç il bu zərgər dükanında kuryer kimi işlədi. Alacağı əmək haqqı əvəzində daima danlaq və təhqirlərə məruz qalsa da, özünün dediyi kimi, bu, falaqqadan daha yaxşı idi. Bütün bunlara baxmayaraq ağlını işlədib zərgərliyin incəliyini diqqətlə öyrənirdi, cünki bir gün bacarıqlı zərgər ola bilərdi. İstər-istəməz verilən maaşla razılaşdı: ayda beş manat. Artıq ustasının yardımı belə olmadan hər cür sifarışı, məsələn, qiymətli qaşlarla bəzəkli “Quran” qabları, alın və boyunbağlarını düzəltməyi bacarırdı. O, bu cür asan qavrayışı ilə get-gedə ustasını təəccübləndirir və onun təqdirini qazanırdı.

      Dükanda usta Kərbəlayi Qafar Əliyevdən başqa qardaşı Əlibala Əliyev də işləyirdi. O, qardaşının acığına, ya da ki, ona inad olaraq özünə fikir verməzdi; heç vaxt ütülü və təmiz şey geyinməz, qalstuk-filan taxmazdı, saqqalı və bığı da səliqəli deyildi, amma o da öz işində usta idi. Bir yandan da sadə və ürəyinin istədiyi kimi yaşamağı sevən, içki və qumara meyl etməzdi. Böyük ehtimalla elə buna görə böyük qardaşı ondan, o da öz qardaşından ayrılmağa can atardı.

      Maaş təyin edildikdən bir neçə gün sonra Kərbəlayi Qafar, Əsədi qırağa çəkib dedi:

      – Üç il döyülə-söyülə səni qul kimi işlətdikdən sonra, axır ki, qardaşım insafa gəlib sənə beş manatlıq aylıq maaş təyin etdi, nə deyirsən, buna razısan?

      – Heç, nə deyim? Kisəsinə bərəkət.

      – Amin, bunda gözümüz yoxdu. Amma sən mənimlə işləməyə razı olsan on beş manat təklif edərəm. Yaxşı-yaxşı fikirləş, onun verdiyinin üç misli…

      – Anlamadım. Mənimlə işləsən nə deməkdir? Mən kiminlə işləyirəm ki?

      – Sənin xəbərin yoxdu. Qulaq as. Bakının ən işlək yerində, varlı-karlı insanların alış-veriş etdikləri yerdə, yəni Mixaylovski küçəsində olduqca münasib, gözəgəlimli bir zərgər və saatçı dükanı açmışam. Burdan çıx, gəl, mənimlə işlə, aylığın on beş manat, nəğd pul. Düşün-daşın, mənə cavab ver.

      – Burda fikirləşəcək nə var ki! Qəbul edirəm.

      Elə ki Əsəd razı oldu, müdiri bunu eşidib onun boğazından yapışıb:

      – Mənim yanımdan bir yerə gedə bilməzsən! Buradan ancaq meyitin çıxar, – ona hədə-qorxu gəldi. Eyni təhdidi Əsədullahın anasına da çatdırdı, – Oğluna de ki, ağlını başına yığsın. O, mənim işçimdir. Mən icazə verməyənədək heç bir yerə gedə bilməyəcək. Gözünün yaşına-filan baxmaram, öldürtdürərəm onu, vallah!

      Böyük qardaşının sözlərini eşidər-eşitməz Əlibala qəzəbli-qəzəbli qardaşına:

      – Böyük-filan dinləmərəm, əlimdə qalarsan, vallah! Əgər Əsədin başından bir tel əskik olsa, gör, necə qiyamətlər qopararam!

      Əmək istismarının nə qədər gəlir gətirən karlı bir iş olduğunu o vaxtlar anladı Əsəd. Onun əməyinə ucuz qiymətə sahib olmaq üçün qardaşlar bir-birinin qanına susamışdılar. Əsəd o gün kapitalın istismar etdiyi əməyin, əslində, dünyanın yeganə dəyərli, yegənə güclü, yeganə müqəddəs sahəsi olduğunu öyrənə bildi.

      Yeni müdiri Əlibala Əliyev, Əsədullahın yorulmaq bilməyən işgüzarlığı və əməyi sayəsində qısa bir vaxtda – iki aya Bakının ən məşhur varlıları arasına girə bilmişdi.

      Bu müddət ərzində Əsədullah müdirinin şəxsi faytonu ilə işə gəlirdi. Az vaxt içərisində onun maaşı otuz manata qalxdı, üstəgəl, mağazanın bütün məsuliyyətini öz üzərinə götürdü.

      Axundov ailəsinin, yeni köçdükləri Suraxanski küçəsindəki evində artıq kasıblıqdan