Orqazm öz növbəsində iki tip ilə fərqlənir: Klitorik tipdir ki, ehtiras klitor vasitəsilə yaranır; Vaginal tipdir ki, penisin friksiya zamanı cinsi orqana girməsiylə başa çatır. Əlbətdə, belə mərhələlər, tiplər tibbi ədəbiyyatlarda əksini tapmışdır. Lakin bu vəziyyət, təsnifat ümumi arqument ola bilməz, ona görə ki, qadın xüsusiyyəti: temperamenti, fizioloji və psixi hazırlığı… cəhətdən orqazmı fərdi keçirir. Bu barədə resept verməklə razılaşmırıq…
Kişidə və qadında orqazmın alınması (özü də yüksək səviyyədə) yüksək fiziki və fizioloji rahatlıq, məmnunluq, həzzalma doğurur. Xüsusilə, qadının vücudunun bütün hissəcikləri gərginlikdən “canını” qurtarır. Mənim fikrimcə qadın, üzünü baharın, yazın ilk gecəsinə tutmuş ağactək oyanıb tumurcuqlanır. Sonralar bəlkə də təkrar elədim; Onun saçları rəngini dəyişir, sifəti təmizlənir, bədəni sakitləşir… Hətta ən əzazil qadın ürəyinə bu anlarda mərhəmət, xeyirxahlıq, məhəbbət düşür!
Rəqəmlərə diqqət yetirək: Orqazım vaxtı ürək döyüntüsü dəqiqədə 180-ə çatır.
Bu idmançının nəticəsindən yüksəkdir. Hər bir partnyorun arterial təzyiqi 200-220 mm. c. sütununa çata bilir. O anlarda digər hisslər dərhal azalır, xüsusilə qadında.Orqazmdan sonra isə bu dəyişikliklərin yenidən baş verməsi mərhələsi özünü göstərir. Sanki bütün coşğunluğun, canatmanın ilkin-hazırlıq dövrünə qayıdılır: Ümumi zəiflik ereksiyanın sönməsi, nəfəsin sakitləşməsi… baş verir. Hətta erogen zonaya əl vurulanda zəif ağrı keçir.
Ereksiya hansı momentlərdə kişidə olmalıdır? –sualı da maraqsız deyildir. Bəzilərinə görə bu, İntim oyuna qədər yaranmalıdır, erogen zonanı cuşa gətirənə qədər. Bu ona əsaslanır ki, gənc kişi gənc qadını ilə kontakta qədər bu ereksiyanı keçirir. N.M.Xodakovun fikrincə bu, səhvdir. Yetkin kişi İntim oyuna tədricən başlayır, münasib şəraitdə. Başqa vəziyyətdə ereksiya da yaranmaya bilir. N.M.Xodakov belə bir müşahidə gətirir:
Kişinin 46 arvadının 41 yaşı var və onlar 18 ildir evləniblər, iki uşaqlıdırlar. Şikayət ondan ibarətdir ki, “cinsi zəiflik” özünü büruzə verir. Belə ki, yayda arvadı ilə kənddə tanışıgildə istirahət etmişlər. Bir ailəli otaqda, ev sahibiylə. Bir neçə dəfə istəmişdir ki, arvadı ilə İntim oyuna girsin, amma ereksiya alınmamışdır. Bu uğursuzluqdan əzab çəkmişdir.
Öz evində gecəni səbirsizliklə gözləmişdir. Yenə də uğursuzluq. Və nəhayət həkimə müraciət etmək məcburiyyətində qalmışdır. Söhbətdə qadın bildirmişdir ki, intim yaxınlığa təşəbbüs əri tərəfindən olmalıdır.
Qadına məsləhət görülmüşdür ki, lazımi qaydada ərinin cinsi orqanı ereksiyaya – manual stimulla gətirilməlidir. Nə üçün nəhayətdə? Olmaya odlu-alovlu, haraylı, ehtiraslı illər ona vəfasızlıq eləyibdir? Bir gözəli bir anda ram edən baxışları sönüb? Onun kişilik hənirtisi öləzisə də, yaddaşı ona sədaqətli olacaqdır, neçə-neçə gözəlin bəxşiş verdiyi vücudun xoş xatirəsini hələ ki, qoruyacaqdır. Amma neyləyəsən ki hələlik. Dünyanın bir “hələlik” qəfil sağollaşması da var.
“Eh oyatdım onları mən çox nahaq yerə,
Udacaqdır onları da yer-ürəyi buz
Bir xatirəm çökəcəkmi xatirələrə?
Min xatirə köçəcəkdir mənimlə əfsus!…”
İntim həzzalma üçün vahid ölçü, mizan yoxdur. Hər bir qadını və kişini son məqsəd güdür: orqazmı başa çatdırsın. Bu şübhəsiz cinsi tələbatın borcudur, – desək yanılmarıq. Lakin intim oyun üçün mühitin yaranması, qadın və kişinin şəhvət hissini nizama salmaqda tələsgənliyə yol verməməsi, “ən gözəl mahnı olan qadın bədəninin” oyatdığı həzinlik ritmini duymaq, təbiətin şah əsərini “vərəqləmək” hövsələsi və ilaxıra görünür, düşünmək, müşahidələri ümumiləşdirmək hövsələsi doğurmuşdur. Belə ki, qadın kişi münasibətindəki cinsi əlaqə partnyorların fərdi zövqündən – yanaşmasından asılıdır. Birisi cinsi şövqdən (ehtirasdan) normal halda həzz almağa meyillidir. Digəri bu vəziyyəti daha cod əzabverici həzz alma üzərində qurur. Və beləliklə 2 cinsi şövq, coşğunluq tipi meydana gəlir: Mazoxizm və sadizm.
Mazoxizim-seksual coşğunluğa və həzzalmaya fiziki və psixoloji təzyiqlə başlamaqdır, cinsi partnyor-hansısa iztirabın səbəbkarı olur. Və bu, adətən, qadın üzərində baş verir, yəni obyektə çevrilir. Bu istək kişilər tərəfindən daha çox irəli sürülür.
Bir qadının yazdığından sətirlər:
Mənim yaşım otuza çatmayıbdır hələ. Ailə qurmuşam. Ərimə qarşı diqqətliyəm, ondan məişət qayğısı baxımından narazılıq etməyə haqqım yoxdur. Xoşbəxtəm. Ancaq ki… Bir-iki ilin əhvalatıdır. Son gecədə də cinsi əlaqəmiz oldu. Tale elə gətirdi, bir kişiylə çox tez tanış olub əlaqəyə girdim. İkinci dəfə onunla görüşürdüm, güclü orqazm baş verdi məndə. Məsələ ondadır ki, mənim ərim istəyirdi yatağa girməyin təşəbbüsçüsü özüm olum, ancaq yad kişi əksinə, hər şeyi özü eləyirdi və tamamilə məcbur eləyirdi ki, ona nə xoşdur mən yerinə yetirim. Bu isə məndə ikrah doğururdu. Ərim qayıtdı ezamiyyətdən, artıq mən onun üçün heç bir hiss oyatmırdım, onun istəyinə mexaniki cavab verirdim… Sonra daha ikinci yad kişiylə əlaqəm oldu. Və onlar elə bil “güclü cinsi əlaqəyə” girmələrini sübüt eləyirdilər. Onlar mənə tabe idilər, mənə qarşı başqa cür yanaşma idi: iradələrinə tabe etmək və kişilərin istəklərinə cavab vermək.
Ürək sözləri, həqiqətin etirafı belə bir qənaət çıxarır ki, həmin qadın yad kişilərin təlqin elədikləri iradəyə tabe olmuşdur. Əslində o, elə bir xəstəliyə qapılmamışdırsa, yad kişilərə qəlbən də bağlanmamışdır və onların cinsi tələbatlarının daşıyıcısına çevrilmişdir.
Sadizmdə ehtiras, coşğunluq cinsi partnyor tərəfindən ağrı, əzab, və s. baş tutur, yaranır. Bu ən azı təhqirdir.Əksərən kişi partnyor tərəfindən olan sadizmdə qadının bədəni dəhşətli ağrılara, dərin barmaq izlərinə və sairə məruz qalır. Hər iki tip özünün həzzalma nöqtəsini əzablar, təhqirlər, qeyri-əxlaqi davranışlar üzərində qoyarsa, buna qəti yol vermək yaramaz.
Cinsi ehtirasa gəlməkdə geniş yayılmış: fetişizm və eksqibizionizm faktorları da mövcuddur. Fetişizmdə cinsi coşğunluğu, ehtirası qadın tualeti yaradır və bu, adətən kişi cinsiylə görüşəndə olur. Bəzən fetişizmdən