Kopenhagen trilogiyası. Тове Дитлевсен. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Тове Дитлевсен
Издательство: Alatoran yayınları
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
eşidə bilirəm. Sonra sanki incə, şəffaf çətirin altında gəlirmiş kimi sevimli bir varlıq həyətə daxil olur. Bu qarşımızdakı binada yaşayan gözəl, ruha bənzər qadın – Kettidir. O, uzun, sarı, ipək paltarının altından gümüşü hündürdaban ayaqqabı geyinib. Üstdən isə ağ xəzli palto, elə bilirsən qar qızdır. Kettinin saçı şəvə kimi qaradır. Bir an sonra alaqapı hər gecə mənim ürəyimi rövnəqləndirən gözəl səhnəni gizlədir. Ketti hər axşam bu zamanlar küçəyə çıxır və mənim atam deyir ki, ətrafda uşaqlar olanda qalmaqal qopur. Bu zaman onun nəyi nəzərdə tutduğunu anlamıram. Anam heç nə demir, çünki gün ərzində onunla mən tez-tez Kettinin qonaq otağına keçib ya qəhvə, ya da isti şokalad içirik. Bu hər tərəfi qırmızı mebellə bəzədilmiş möhtəşəm bir otaqdır. Lampanın kölgəsi belə qırmızıdır, Keti özü isə anam kimi çəhrayı-ağ rəngdədir, hərçənd o, anamdan daha cavandır. Bu ikili çox gülür, mən də bəzən onlara qoşulub gülürüm, bəzən elə olur, heç niyə güldüklərini anlamıram. Amma nə zaman ki, Keti mənimlə danışmağa başlayır, anam məni oradan göndərir, çünki söhbəti dinləməyimi bəyənmir. Eyni şeyləri mənimlə söhbət etməyi sevən Rosalia xala haqqında da demək olar. “Uşaqları olmayan qadınlar” – mənim anam demişdi, “hər zaman başqa qadınların uşaqları ilə məşğul olur”. Sonra isə Ketini ağ yuyub, qara sərir, çünki o, anasını küçəyə baxan, isinməyən otaqda yalnız qoyur və onu heç zaman qonaq otağına buraxmır. Anasının adı xanım Andersendir, anama görə bu ağ yalandır, çünki o, heç zaman evlənməyib. Bu halda uşağa sahib olmaq böyük günahdır, bunu bilirəm. Sonra mən anamdan soruşuram: – Keti öz anası ilə niyə belə pis davranır? Anam deyir səbəb odur ki, anası ona atasının kim olduğunu demir. Belə dəhşətli şey haqqında düşündüyündə, sən ailəndə normal münasibətlərə sahib olduğun üçün şükür etməlisən.

      VI BÖLÜM

      Uşaqlıq dövrü tabut kimi uzun və dardır, sən isə oradan özbaşına çıxa bilməzsən. Uşaqlıq dövrü hər zaman orada olur və hər kəs onu gözəl Lüviqin dovşan dodağı kimi görə bilər. Eyni sözləri gözəl Lili haqqında da demək olar, o elə çirkindir ki, sən onun anasının necə olmasını təsəvvür edə bilməzsən. Çirkin, bəxtsiz olan hər şeyi gözəl adlandırırlar və sən niyəsini bilmirsən. Sən uşaqlıq dövründən yaxa qurtara bilmirsən, o, sənə pis qoxu kimi yapışıb qalır. Sən bunu başqa uşaqlarda da müşahidə edirsən, hər bir uşaqlıq dövrünün öz qoxusu var. Sən öz iyini tanımırsan və bəzən qorxursan ki, bu iy başqalarından daha pisdir. Uşaqlıq dövrü kömür, kül iyi verən başqa bir qızın yanında dayanmısan, söhbət edirsən. Və birdən o, geri addım atır, çünki sənin uşaqlıq dövründən gələn pis qoxunu duya bilir. Gizli-gizli uşaqlıq dövrlərini içlərində gizlədən böyükləri müşahidə edirsən, bu dövr güvənin yeyib deşiklər açdığı, artıq heç kimin haqqında düşünmədiyi faydasız, cırıq-cırıq olan palaz kimidir. Yalnız onlara baxmaqla uşaqlıq dövrlərinin olduğunu deyə bilməzsən, eyni zaman simalarında həmin dövrün cızıqları, dərin çapıqları olmadan həmin dövrdən necə sağ-salamat qurtulduqlarını da söyləyə bilmirsən. Onların hansısa gizli üsuldan istifadə etdiklərindən şübhələnirsən, bəlkə də hansısa formada gələcəklərini, böyüklük dövrlərini tez yetişdirirlər. Onlar bunu bir gün evdə tək olduqlarında, uşaqlıqlarını üç qat ip tək ürəklərinin başına bağladıqlarında – Qrimm Qardaşları nağıllarındakı yalnız sahibi azad olanda ipləri qırılan Dəmir Hans kimi! Amma belə bir yaxınlaşdırma metodu bilmirsənsə, uşaqlıq dövrünü saatbasaat, sonsuz, nəhayətsiz illərin arasından keçərək yaşamalısan. Səni ondan yalnız ölüm xilas edə bilər və onu ağxalatlı, dostcanlı bir gecə sənin heç zaman oynamamağın üçün yaxınlaşıb qaşlarından öpən mələk kimi təsəvvür edirsən. Həmişə düşünürəm ki, bir gün böyüdüyüm zaman anam məni indi Edvini sevdiyi kimi sevəcək. Çünki mənim uşaqlıq dövrüm onu eyni məni qıcıqlandırdığı kimi qıcıqlandırır. Biz yalnız o, bir anda uşaqlığımın mövcudluğunu unutduğunda xoşbəxt ola bilirik. O zaman mənimlə Rosalia xala ilə, dostları ilə danışdığı kimi danışır. Və bu zaman mən çalışıram ki, cavablarım kifayət qədər qısa olsun ki, mənim uşaq olduğumu xatırlamasın. Əlini buraxıram, aramızda bir az məsafənin olmasını təmin edirəm ki, mənim uşaqlığımın qoxusunu duya bilməsin. Bu hər zaman mən onun İstedqada küçəsində alış-veriş etdiyim zaman baş verir. O, mənə uşaq ikən necə əyləndiyini danışır. Hər gün rəqs etməyə gedirmiş, rəqs meydançasından heç uzaq durmazmış. “Hər axşam mənim yeni oğlan sevgilim olardı”, – o deyir və ucadan gülür, – “hərçənd bu proses atan Ditlevi görəndə dayandı”. O, mənim atamdır və anam onu hər zaman “ata” adlandırır. Elə atam da onu “ana” adlandırır. Məndə belə bir təəssürat var ki, nə zamansa anam fərqli və xoşbəxt olub. Və o, Ditlevlə tanış olduğunda bütün bu xoşbəxtliyə son verilib. Atamdan bəhs edərkən elə bil atam haqqında deyil, hər gözəl, işıqlı, canlı şeyi məhv edən qara bir ruh haqqında danışır. Və mən deyirəm: – “Kaş Ditlev onun həyatına heç gəlməzdi”. Onun adını çəkməli olduğunda mənim uşaqlığımın bir hissəsi yadına düşür və ona əsəbi, təhdidedici tərzdə baxır. Həmin arada isə onu əhatə edən tutqun halqa daha da qaranlıqlaşır. O zaman qorxudan əsən uşaqlıq ümidsizcəsinə qalxıb ayaqlarının ucunda aradan çıxmağa çalışır, amma o, hələ çox balacadır və hələ bir neçə yüz il də atıla bilməz.

      Daxilləri və xarici belə kobud uşaqlıq keçirdən insanlar uşaq adlanırlar və sən onlarla istədiyin kimi davrana bilərsən, çünki onlardan qorxmaq üçün bir səbəb yoxdur. Əgər çox hiyləgər deyillərsə, onların nə silahı var, nə maskası. Mən o tip hiyləgər uşaqlardanam və mənim maskam axmaqlıqdır. Çox diqqətli davranıram ki, heç kim bu maskanı məndən ala bilməsin. Ağzımı bir qədər açıram və gözlərimi sanki onlar hər zaman maviyə zilləniblərmiş kimi tam mənasızlaşdırıram. Heç bir böyük adam mənim ürəyimdəki nəğməni, köksümdəki söz çələngini duya, anlaya bilməz. Amma onlar həmin söz çələngi haqqında hansısa kanaldan süzülüb düşən söz parçaları vasitəsilə xəbər tutur. Mən həmin kanalı tanımıram, bu səbəbdən də onu saxlaya bilmirəm. Sən göylərdə uçmursan ki? Onlar şübhəli-şübhəli məndən xəbər alır. Və mən onları əmin edirəm ki, göylərdə uçmaq mənim heç ağlımın ucundan da keçməyib. Məktəbdə mənə sual edirlər. – “Sən nə barədə düşünürsən? Dediyim axırıncı cümlə nə oldu?” Amma onlar heç zaman mənim daxili aləmimə nüfuz edə bilmir. Məni yalnız həyətdə, küçədə oynayan uşaqlar görə bilir. “Sən özünü axmaq yerinə qoyursan”, – məndən böyük qızlar düşməncə bu sözləri deyib yaxınlaşır, “amma sən heç də axmaq deyilsən”. Sonra qızlardan biri məni başdan ayağa süzməyə başlayır və başqa bir neçə qız da sakitcə başıma yığışır və çevrə əmələ gətirir. Doğrudan da axmaq olduğumu sübut etməmiş həmin əhatədən mənə çıxış yoxdur. Nəhayət, mənim bütün axmaq cavablarımdan sonra bu onlara aydın olur və onlar mənim təhlükəsizliyə qaça bilməyim üçün çevrədə kiçik bir yarıq yaradırlar. “Çünki sən əslində olmadığın bir şey olmağını iddia etməməlisən”, – onlardan biri atamanlıqla arxamca bağırır.

      Uşaqlıq dövrü qaranlıqdır və o, zirzəmidə bağlanıb unudulan balaca heyvan kimi hər zaman inildəyir. O, soyuq havada nəfəs alarkən ağzından çıxan nəfəs kimidir, bəzən çox kiçik olur, bəzənsə