Qulliverin səyahətləri. Джонатан Свифт. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Джонатан Свифт
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
Жанр произведения:
Год издания: 0
isbn: 9789952241938 
Скачать книгу
pəncərədən mənə uzatdı. Mən onun əlini öpdüm.

      Azad edilməyimdən iki həftə keçmişdi. Bir dəfə Reldresel adlı liliput yanıma gəldi. Onun vəzifəsinin adı “gizli işlər üzrə baş katib” idi. Reldresel öz sürücüsünə kənarda gözləməyi tapşırdı. Sonra isə ona bir saat ayırmağı məndən xahiş etdi. Mən buna məmnuniyyətlə razı oldum. Çünki rütbəsinə və xasiyyətinə görə ona hörmətim vardı. Bundan başqa, o, sarayda dəfələrlə mənə yaxşılıq etmişdi.

      Reldresel xahiş etdi ki, söhbətimiz zamanı mən onu öz əlimdə tutum. Mən onun bu xahişini yerinə yetirdim.

      Reldresel əvvəlcə məni azad olmağım münasibətilə təbrik etdi. Bu işdə, əlbəttə, onun da köməyi olmuşdu. Ancaq dediyinə görə, azad edilməyim elə də asan başa gəlməmişdi.

      Reldresel daha sonra belə dedi: "Kənardan gələn adam elə başa düşər ki, bizim ölkəmizdə hər şey yaxşıdır. Ancaq belə düşünmək kökündən yanlışdır. Bizim vətənin başının üstünü iki qorxunc təhlükə almışdır. Yetmiş ay bundan əvvəl Tremeksenlər və Slemeksenlər adı ilə məşhur olan iki düşmən partiya yarandı. Birincilər hündürdaban, ikincilər isə alçaqdaban tərəfdarıdırlar.

      Tremeksenlər iddia edirlər ki, hündürdaban bizim qədim dövlət quruluşumuza daha uyğundur. Ancaq əlahəzrət alçaqdaban tərəfdarıdır. O, əmr edib ki, sarayda və dövlət idarələrində işləyənlərin hamısı alçaqdaban ayaqqabılar geysin. Yəqin ki, siz də buna diqqət yetirmisiniz. Şübhəsiz, onu da görmüsünüz ki, əlahəzrətin öz ayaqqabılarının dabanları başqa saray xadimlərinin dabanlarından alçaqdır. Hazırda bu iki partiya arasında ədavət getdikcə güclənir. Artıq onlar bir-birini dindirmirlər. Doğrudur, hündürdabanlılar sayca bizdən çoxdurlar. Ancaq dövlət hakimiyyəti tamamilə bizim əlimizdədir. Bizi qorxudan budur ki, taxt-tacın varisi olan şahzadə hündürdabanlılara rəğbətlə yanaşır. Onun çəkməsinin bir tayının dabanı hündürdür. Buna görə də o, bir az axsayır. Yaranmış ədavət bizim dövlətimizi zəiflədir. Bir yandan da qonşu Blefusku imperatorluğu bizi istila etməklə hədələyir. Artıq otuz altı aydan çoxdur biz onlarla müharibə edirik”.

      Mən soruşdum:

      – Bəs bu müharibəyə səbəb nədir?

      Reldresel dedi:

      – Hamı bilir ki, qədim zamanlardan bəri bişmiş yumurtanı alt tərəfdən sındırarlar. İndiki imperatorumuzun babası hələ uşaq imiş. Bir dəfə ona nahar vaxtı bişmiş yumurta verirlər. Uşaq yumurtanı qədim qayda ilə sındıranda barmağını kəsir. Onda uşağın atası olan imperator fərman verir ki, yumurtanı iti ucundan sındırsınlar. O bu əmrə itaət etməyənləri ən ağır cəza ilə hədələyir.

      Fərman əhalini qəzəbləndirir. Camaat düz altı dəfə üsyan edir. Bu üsyanlar zamanı bir imperator həyatından, biri də taxt-tacından məhrum olub. Blefusku padşahları isə daim belə üsyanları qızışdırır. Hətta üsyan iştirakçılarına öz ölkələrində sığınacaq da veriblər. Onlar da oranın imperatorunu yavaş-yavaş öz təsirləri altına salıb, bizə qarşı müharibəyə təhrik ediblər. İndi otuz altı aydır ki, müharibə davam edir. Ancaq vuruşan tərəflərdən heç biri qəti qələbə qazana bilməyib. Bu müddət ərzində biz xeyli sayda dənizçi və əsgər itirmişik. Düşmənin itkisi isə bizimkindən də artıqdır. Ancaq buna baxmayaraq onlar yeni bir donanma düzəldiblər. Tezliklə bizim torpağa qoşun çıxarmağa hazırlaşırlar. İmperator həzrətləri mənə tapşırdı ki, sizinlə görüşüb bütün bunları danışım.

      Mən dedim:

      – Sizin ölkənizi düşmən hücumundan qorumağa hazıram. Ən azı, ona görə ki, imperator tərəfindən xilas və azad olunduğum üçün ona borcum var. Ancaq mən imperatorun xarici təbəəsi olduğum üçün ölkənizin daxili işlərinə qarışmamalıyam. Bunu deyərkən iki partiya arasındakı ədavəti nəzərdə tuturam. Xahiş edirəm, dediklərimi imperator həzrətlərinə olduğu kimi çatdırasınız.

      Beşinci fəsil

      Qulliverin Blefusku imperatorluğunun donanmasını ələ keçirməsi. Liliputiya kralının təklifindən imtina etməsi. Blefuskudan gələn elçilərlə söhbəti.

      Blefusku imperatorluğu Liliputiyanın şimal-şərqində yerləşən bir adadır. Bu iki dövləti bir-birindən dayaz bir boğaz ayırır. Mən həmin adaya heç vaxt get- məmişdim. Əgər indi getsəm, bu heç də ağıllı hərəkət olmazdı. Çünki müharibə başlayandan bəri hər iki ölkə arasında gediş-gəliş qadağan edilmişdi. Qadağanı kim pozsa, onu ölüm cəzası gözləyirdi.

      Hələ bu harasıdır?! Bizim imperator hətta heç bir gəminin Liliputiya limanlarından çıxmasına icazə vermirdi. Ona görə də blefuskulular mənim liliputlar arasında olmağımdan xəbərsiz idilər. Bu isə mənim düş- mən donanmasını gözlənilmədən ələ keçirmək barədə planlarıma uyğun idi. Odur ki mən boğaz tərəfdəki sahildə gözə görünməməyə çalışırdım. Çünki düşmənlər məni görə bilərdilər.

      Bir gün kəşfiyyatçılar xəbər gətirdilər ki, Blefusku donanması boğazlardan birində hazır durub. Onlar yelkənlərini qaldırmaq üçün səmt küləyinin əsməsini gözləyirdilər. Mən imperatorla məsləhətləşəndən sonra planımı dərhal yerinə yetirməyi qərara aldım.

      Əvvəlcə əmr etdim ki, mənə yoğun kəndirlər və çoxlu dəmir çubuq gətirsinlər. Onların kəndirləri bizim ciyə kimi, dəmir çubuqları isə corab mili boyda idi. Kəndirləri üçqat hördüm ki, daha möhkəm olsun. Dəmir çubuqları isə üç-üç burdum və uclarını qarmaq kimi əydim. Bu cür əlli qarmaq düzəltdim. Sonra onları eyni miqdarda kəndirin ucuna bağladım və qabarmaya yarım saat qalmış şimal-şərq sahilində suya girdim. Əvvəlcə dayaz yerdə ayaqla getdim. Sonra ortada otuz yarda3 qədər üzdüm. Nəhayət, ayağım dənizin dibinə çatdı. Bütün bunları mən çox sürətlə et- dim. Beləliklə, aradan heç yarım saat keçməmiş düşmən donanmasının durduğu limana çatdım.

      Düşmənlər məni görəndə dəhşətli qorxuya düşdülər. Özlərini gəmilərdən suya atıb sahilə doğru üzməyə başladılar. Orada otuz minə qədər adam yığışmışdı. Mən hazırladığım kəndirləri çıxardım. Hər gəminin burnuna bir qarmaq taxdım. Sonra hamısının ucunu bir yerə yığıb düyünlədim. Bu zaman düşmən mənim üzərimə bulud kimi ox yağdırırdı. Oxlardan bir çoxu əllərimə, üzümə sancılıb möhkəm incidir, işləməyimə mane olurdu.

      Mən hər şeydən çox gözlərim üçün qorxurdum. Gözlərimi qorumaqdan ötrü tədbir görməliydim. Yoxsa kor olardım. Mənə lazım olan xırda şeylər arasında gözlüyüm də vardı. Hansı ki onu gizli cibimdə saxlamışdım. Gözlüyümü taxıb möhkəm bağladım. Oxlar tez- tez gözlüyümün şüşələrinə dəysə də, mənə zərər yetirmirdi.

      Beləcə, bütün qarmaqları taxıb qurtardım. Bir-birinə düyünlədiyim kəndiri əlimə alıb gəmiləri çəkdim. Ancaq bircə gəmi də yerindən tərpənmədi. Gəmilərin hamısı lövbərlərində möhkəm durmuşdu.

      Məcbur olub daha təhlükəli bir işə girişməli oldum. Gəmilərin dövrəsinə hərlənib lövbər kəndirlərini bıçaqla kəsdim. Bu zaman iki yüzə qədər ox üzümə və əllərimə sancıldı. Sonra mən gəmiləri bağlamış oldu- ğum kəndirləri yenidən əlimə yığdım. Düşmənin ən iri əlli hərbi


<p>3</p>

Yard – 81 sm-ə bərabər ingilis uzunluq vahidi