İblisin vəkili. Эндрю Найдерман. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Эндрю Найдерман
Издательство: Altun Kitab
Серия: Ekranlaşdırılmış əsər
Жанр произведения:
Год издания: 0
isbn: 9789952243673
Скачать книгу
unuda biləcəyim bir görüşüm yoxdur ki?

      ‒ Xeyr. Sabah səhər siz mister Settonla onun oğlunun işi barədə danışmaq üçün görüşməlisiniz. Siz məndən polisin raportunu tapmağı xahiş etmişdiniz.

      ‒ Həə… Qonşunun maşınında gəzməyə çıxan on altı yaşlı oğlanın məsələsi?

      ‒ Elədir ki var.

      ‒ Çox maraqlı işdir…

      Meri onun bu istehzasını anlamadı və təəccüblə başını əydi. Katibə otaqdan çıxan kimi Kevin «Con Milton və ortaqları»na zəng vurub onu Pol Skolfildlə calaşdırmağı xahiş etdi.

      On beş dəqiqədən sonra Kevinin maşını artıq Manhettenə doğru şütüyürdü. O, Miriama zəng vurmamış və baş verənlər barədə heç nə deməmişdi.

      III fəsil

      «Boyl, Karlton və Sessler» firması Blisdeyldə olduqca rahat, zövqlə təmir olunmuş bir ofisdə yerləşirdi. Təxminən iyirmi il əvvəl Tomas Boyl bu kiçik ikimərtəbəli binanı özü və oğlu üçün ofisə çevirmişdi. Ofisin rahatlığının və cazibəsinin sirri çox sadə idi: burada ev ab-havası vardı, hamı özünü olduqca sərbəst, Kevinin fikrincə, hətta həddən artıq sərbəst hiss edirdi. Ofisdəki pərdələr, xalçalar, süfrələr, mebel onun xoşuna gəlirdi. Səhərlər Kevin bir evindən çıxıb sanki başqa bir evinə gəlirdi. Əvvəllər o məhz belə düşünürdü.

      Lakin Kevin «Con Milton və ortaqları»nın ofisinə ayaq basan kimi hər şey dəyişdi. O, liftlə 28-ci mərtəbəyə qalxdı. Buradan Manhettenin mərkəzinə və İst-Riverə gözəl mənzərə açılırdı. Dəhlizin sonunda üstünə «Con Milton və ortaqları, vəkillər» yazılmış ikiqat palıd qapı var idi. Kevin bu qapıdan keçən kimi təmtəraqlı qəbul otağına düşdü.

      Geniş otaqda qəhvəyi rəngdə uzun dəri divan, yanında balaca dəri divan və dəri kreslolar qoyulmuşdu. Bütün bunlar uğurun göstəricisi idi. Uzun divanın üstündə, divardan olduqca parlaq abstrakt bir rəsm əsəri asılmışdı. Deyəsən, Kandinskinin orijinal əsərlərindən biri idi. Kevin düşündü ki, yaxşı hüquq firmasının ofisi məhz belə olmalıdır.

      O, qapını arxasınca bağlayıb qəhvəyi rəngli gözəl, zərif xalçaya ayaq basdı, sanki yumşaq pambıq parçanın üstü ilə addımlayırdı. Yarımdairəvi palıd masanın arxasında əyləşmiş katibəyə yaxınlaşanda onun kefi bir az da açıldı. Qız qonağı salamlamaq üçün başını kompüterdən ayıranda isə Kevinin üzünə xoş təbəssüm yayıldı. Bura «Boyl, Karlton və Sessler»də müştəriləri qarşılayan yöndəmsiz Mayra Brokportun, yaxud solğun, ağsaç Meri Ekertin yeri deyildi. Kevini gözəlliyindən adamın gözü qamaşan, «Miss Amerika» yarışmasında iştirak etməyə layiq qarayağız bir qız qarşıladı.

      Qızın göyümtül-qara saçları çiyinlərinə düşür, ucları isə kürəyinə toxunurdu. O, əsl italyan qadınlarını xatırladırdı, sanki Sofi Loren idi. Romalılara xas düz burnu vardı, almacıq sümüyü isə irəli çıxmışdı. Qara gözləri sözün həqiqi mənasında parlayırdı.

      ‒ Günortanız xeyir. Siz mister Teylorsunuz?

      ‒ Özüdür ki var. Qəşəng ofisdir, miss.

      ‒ Çox sağ olun. Mister Skolfild sizi gözləyir. İndi sizi onun yanına ötürərəm, ‒ qız yerindən qalxdı. ‒ İçməyə nəsə istəyirsiniz? Çay, qəhvə, «Perye»?

      ‒ Zəhmət olmasa, «Perye». Təşəkkür edirəm.

      Kevin katibənin arxasınca uzun dəhlizə doğru yönəldi.

      ‒ İçinə limon sıxım? ‒ qız ona tərəf döndü.

      ‒ Hə, çox sağ olun.

      Qızın yerişi, qıvraq bədəni adamın ağlını başından çıxarırdı. Onlar dəhlizlə gedib balaca bir mətbəxdə ayaq saxladılar. Boylu-buxunlu katibə qızın əynində qara trikotaj ətək və uzun qolları olan ağ köynək var idi. Yanlarını tarım çəkən ətəyin altından əzələlərinin necə oynadığı görünürdü. «Bu mənzərə Boyl, Karlton və Sesslerin xoşuna gəlməzdi», ‒ deyə Kevin düşündü və gülümsədi. Katibə içinə buz qoyub qığılcım saçan su süzdüyü iri stəkanı ona uzatdı.

      ‒ Təşəkkür edirəm.

      Qızın baxışından və gülüşündən Kevinin qasığı sızıldadı. O qızardı.

      ‒ Gəlin, ‒ katibə təklif etdi.

      Onlar kabinet və konfrans zalının, sonra daha bir kabinetin yanından ötüb üstündə Pol Skolfildin adı yazılmış qapının ağzında dayandılar. Qız qapını döyüb açdı.

      ‒ Mister Skolfild, mister Teylor yanınıza gəlib.

      ‒ Çox sağ ol, Diana.

      Pol Skolfild qonağı salamlamaq üçün yerindən qalxdı. Katibə başını tərpədib çıxdı. Kevin gözlərini ondan çəkə bilmirdi. Görünür, belə hisslər Skolfildə yad deyildi, odur ki gənc vəkili salamlamağa tələsmədi. Nəhayət, Kevin qızdan gözlərini ayırıb ona doğru çevriləndə nəzakətlə dilləndi:

      ‒ Kevin, sizi görməyimə çox şadam.

      ‒ Gözəl otağınız var, Pol.

      Pol Skolfildin iş otağı Senford Boylun kabinetindən iki dəfə böyük idi. Burada hay-tek3 üslubu hökm sürürdü, mebellərə parıltılı qara dəri üzlük çəkilmişdi, kitab rəfləri isə ağappaq idi. Masanın sol tərəfindəki qoşa pəncərədən şəhərə və İst-Riverə mənzərə açılırdı.

      ‒ Gözəl mənzərədir, ‒ Kevin dedi.

      ‒ Adamı valeh edir, elə deyilmi? Bizdə bütün iş otaqlarından belə görüntü açılır. Təbii ki, sizinkindən də.

      ‒ Bağışlayın?

      ‒ Buyurun, əyləşin. Mən artıq sizin gəlişiniz barədə mister Miltona xəbər vermişəm və biz söhbətimizi yekunlaşdırandan sonra o sizinlə görüşmək istəyir.

      Kevin mister Skolfildin masası ilə üzbəüz qara dəri kresloya oturdu.

      ‒ Bizim təklifimiz üzərində ciddi düşünmək barədə qərar verdiyinizə şadam. İşimiz başımızdan aşır, ‒ Skolfildin gözləri parıldayırdı. ‒ Firmanız sizə şəriklik təklif etdi?

      ‒ Deməzdim. Onlar mənə xasiyyətimə uyğun başqa bir iş tapmağı təklif etdilər, ‒ Kevin cavab verdi.

      ‒ Nə? ‒ Polun üzündəki təbəssüm yoxa çıxdı.

      ‒ Lois Uilsonun işi və mənim onu hansı üsullarla müdafiə etməyim firmamızın rəhbərlərini çaşbaş salıb. Bəzi peşəkar fəndlərə əl atmaq, müştəri və şahidlə xüsusi üsullarla işləmək onların fikrincə, məqbuldur, amma müəyyən çərçivələrdən çıxmaq olmaz; məsələn, onlar mirasın bir hissəsini ələ keçirmək üçün hansısa nənəyə hiylə gəlməyi, yaxud onsuz da varlı bir müştərinin ciblərini daha da doldurmaq üçün vergi qanunvericiliyində boşluqlar tapmağı bacarırlar, ancaq bu kimi işlərdən artığına qadir deyillər. Bu isə mənim səviyyəm deyil, ‒ Kevin acı-acı dedi.

      Pol başını yırğaladı və güldü.

      ‒ Əyalət adamlarına xas dar düşüncənin göstəricisidir. Məhz buna görə də ora sizin yeriniz deyil, Kevin. Mister Milton sizin


<p>3</p>

Hay-tek (ing. high technology, high tech, hi-tech) – ən yeni, müasir dövrün ən yüksək texnologiyaları, həmçinin dizayn və arxitekturada yeni üslub.1980-ci illərdə yaranmış bu üslubun əsasını texnika, metal və plastika təşkil edir.