Arvadsız kişi. Шамиль Садиг. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Шамиль Садиг
Издательство: Hədəf nəşrləri
Серия: Çağdaş ədəbiyyat
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
n ayılanda səksən bir yaşlı ərim Əliqulu yastığımın yanında dirsəklənib, sa-kit-sakit ağlayırdı. Qəribəsi bu idi ki, mən onu kənardan görürdüm, amma ağarmış saçlarımı sı-ğallamasını, üzümə düşən göz yaşlarını hiss et-mirdim.

      Əvvəl elə bildim ki, yuxu görürəm. Qışqır-dım, səsimi eşitmədim. Yenə qışqırdım, yenə də eyni şey. Təəccüb məni bürümüşdü. Bu nə qəri-bə, nə maraqlı yuxudur?! Həmişə yuxularımı unutduğumdan dua etdim ki, kaş bu yuxunu sə-hər xatırlaya biləydim. Sonra oğlum gözlərini ova-ova gəldi.

      Nə olub, ata? dedi.

      – Altunsaçımı itirdik, deyə Əliqulu hön-kürdü.

      O qədər qocalıb əldən düşmüşdü ki, ağla-mağa heyi də yox idi…

      Oğlum da yanımda dizi üstə yerə çökdü. Diqqətlə üzümə baxdı. Sonra əlimi qaldırıb öp-dü. Onun da gözlərindən yaş axırdı....

      Əliqulunun göz yaşları payız leysanına, oğ-lumun göz yaşları isə süni yağışa bənzəyirdi. De-mirəm onun ürəyi yanmırdı, ana itirdiyini hiss etmirdi. Amma o, bir gün öləcəyimi gözləyirmiş, sanki. Ölümümün yaxınlaşmağı ilə barışmışdı.

      Böyük oğlum idi Qaya. Soyuqqanlı və dö-zümlü olduğunu da yaxşı bilirəm. Amma onun məni itirməsi atasının məni itirməsinə bənzə-mirdi. Sanki o, nəsə qiymətli bir şeyini itirdiyi və bunu bir daha tapa bilməyəcəyi üçün heyifsilə-nirdi. Atası isə, elə bil, gözlərini itirib işıqsız, ayaqlarını itirib hərəkətsiz qalmışdı. Onların mə-ni itirmək hissləri ən az bu qədər bir-birindən fərqlənirdi.

      Oğlum yavaş-yavaş ayağa qalxdı. Mən yenə də səssizcə onları kənardan seyr edirdim. Çox maraqlı idi. Həmişə hamı kimi fikirləşirdim ki, bir gün ölsəm, məndən sonra nələr olar, görəsən? Hər şeyin belə olacağını heç təsəvvür eləmirdim.

      Qaya bacısına və kiçik qardaşına zəng edib: "Anamızı itirdik, başınız sağ olsun," dedi. Bunu o qədər soyuqqanlılıqla dedi ki…

      Bu zaman: "Mən ölməmişəm", deyə yenə də bağırdım. Amma heç kimin vecinə deyildi. Heç kim məni eşitmirdi. Oğlumun mərasimə ha-zırlaşması üçün çölə çıxdığını görüb, tələsik uzandığım yerə yaxınlaşdım. İlk toy gecəsində olduğu kimi, otaqda ərimlə tək idim. Gördüm ki, rəngim ağappaqdı. Əliqulu isə hələ də uşaq kimi ağlayırdı. Gah əlimi tutur, gah üzümdən öpür, gah da başını sinəmə qoyurdu: "Axı mənə de-mişdin ki, səni basdırmasam, ölmərəm. Bəs niyə məni tək qoyub getdin? Qorxmursan ki, yenidən evlənərəm?", deyəndə elə güldüm ki, göz yaş-larım yanağımda rəqs etdi. Çünki gənc yaşları-mızdan aramızda olan zarafata eyham edirdi.

      Hərdən zarafat edərək: "Gərək sən ölən kimi bir arvad da alım", deyərdi. Mən də qarşılığın-da: "Səni basdırmasam, ölmərəm", deyərdim. İndi bu qəmgin vaxtında bunu yadına salması məni yaman güldürdü. Kişiyə lap yazığım gəldi. Çünki arzusu gözündə qalmışdı. Səksən bir ya-şında necə evlənə bilərdi ki?!

      O bu sözü deyib, yanıma uzandı. Məni möh-kəm-möhkəm qucaqladı. Mən bu qucaqlamanı görsəm də, hiss edə bilmirdim. Əlli altı il idi ki, bir döşəkdə bu cür qucaqlaşıb yatardıq. Onun bu doğma təması mənə həmişə rahatlıq verərdi. Amma indi heç nə hiss etmirdim. Bu vəziyyəti də başa düşə bilmirdim.

      Daha bütün bunların yuxu olmadığına inan-mışdım. Amma əgər yuxu deyildisə, o zaman nə idi bu? Bəlkə, elə mən doğrudan da ölmüşdüm, bəlkə, sadəcə bir iksir içib yoxa çıxmışdım?

      Onun qara gözlərinə toxundum. Göz yaşla-rını silmək istədim. Amma o heç nə hiss etmədi.

      "Mən ölməmişəm", dedim, sonra da onu qucaqladım. Amma nə o, nə də mən bir-birimizə toxuna bilirdik. Acizliyimi görüb bu acını mənə yaşatdığı üçün Allaha qarşı üsyan etdim. Axı ne-cə ola bilərdi, onu görəsən, eşidəsən, amma bu qədər ayrı olduğunu hiss edəsən. Sən demə, əsl ayrılıq bu imiş. Həm də bu, yana-yana ayrılmaq idi.

      Mən də qoşuldum can yoldaşıma. Başladıq ağlamağa. O, mənim yoxluğuma, mən də onun varlığına ağlamağa başladım. Hələ ölümü dərk edə bilmirdim. Fəqət ərimin dərdinə şərik ola bil-mədiyim üçün ağlayırdım. Mənim ölümümmü faciə idi, yoxsa onun yalqızlığımı? Bunu bilmir-dim.

      Sonra çarəsiz qalıb pəncərənin qırağında oturdum və başladım gedişatı izləməyə. Səhər saatları olduğundan camaat bir az gec gəldi. Qı-zım içəri girən kimi əl atdı saçlarına. Özünü elə döyürdü ki, baxmağa tab gətirə bilmədim. Göz-lərimi yumdum. Birdən onun yanğılı səslə ağısı-nı eşitdim.

      Ay anaaa, Allah məni öldürsün… Axı mən doyunca sənə qulluq edə bilmədim.... Dedin "ayaqlarım ağrıyır", qulaqardına vurub ovma-dım, qurban olum sənə, anaaaaa. O ağrıyan ayaqlarına qurban olummmm. Cannnn, anaaa, cannn. Bir düz-əməlli yemək də bişirə bilmədim. İt kimi qışqırırdım üstünə… Allah məni öldür-sün, anaaa, qədrini bilmədim. Gəlinlərdən şika-yətlənirdin ki, dişlərim yox, ağzım ağrıyır, amma onlar mənə görə yemək bişirmirlər. Mən eşşək də bunu başa düşmədim.

      Sonra qonşular gəldi. Tez-tələsik molla ça-ğırmaq istədilər. Güllü bacı dedi ki, qadınlar üçün molla Xeyrənsəni çağıraq; yaxındadır, həm də savadlı qadındır.

      Bu tərəfdən də məclisi əlinə almış qapı qon-şum Bikə dedi: “Ay qız, onu neynirsən? Nə olsun ki, savadı var? Bir köpüklük ağlatmağı bacarmır. Gülçöhrəni çağıracam. Onun həm yaxşı yanğılı səsi var, həm də ürəkdən ağlayır. Adamın dərd-ləri yadına düşür. Arvadın yasında gərək ürək dolusu ağlayaq”.

      Beləcə, qərara gəldilər ki, Gülçöhrəni çağır-sınlar.

      Sonra da məni ədəb-ərkanla aparıb dəfn elə-dilər.

      Əvvəl kənardan baxırdım. Gördüm ki, məni qoydular qəbrə. Fikirləşdim ki, yəqin çöldəyəm, onlar cismimi qəbrə qoyurlar. Toy günüm yadı-ma düşdü. Onda da iyirmi beş il yaşadığım evi, yurdu başqa bir yerə dəyişmişdim. O zaman ru-hum cismimdən öncə sevgilimin yanına getmiş-di. Sonra cismimi bəzəyib-düzəyib ər evinə gətir-mişdilər. İndi də cismimi yeni yurduna aparırdı-lar, amma ruhum qalmışdı ərimin yanında. Fərq onda idi ki, gəlin gələndə mənə yol göstərən, ne-cə davranacağımı öyrədənlər var idi, amma indi heç kim mənə heç nə öyrətmirdi. Heç adam da yox idi yanımda. Sanki boşluqda idim.

      Bura hara idi, görəsən? Cənnətmi, cəhən-nəmmi? Deyəsən, nə cənnət vardı, nə də cəhən-nəm. Boşluqda idim. Bəlkə də, keçiddəydim, o dünya ilə bu dünyanın arasında.

      Qəbri qazdılar, oğlanlarım məni qəbrə endi-rəndə kəfənimi külək tərpətdi. Molla tez üzünü gələnlərə tutub dedi: "Ay camaat, üzünüzü o tə-rəfə tutun, mərhuməyə naməhrəmsiniz."

      Allah səni vurmuşdu, bura gələnlər nə hayda, sən nə hayda?! Kül başına! deyib, qə-birdə yerimi rahatladım. Qorxdum ki, sonra qa-laram ortalıqda, onsuz da bu dünyada məni heç kim görmür, eşitmir. Mən də pis ruhlar kimi qa-laram sərgərdan.

      Necə ki məni tələm-tələsik qüsullayıb dəfnə gətirmişdilər, eləcə də torpaqlamağa başladılar. Torpağı elə tələsik tökürdülər ki, sanki durub qa-çacaqdım. Ərim isə köhnə qəbirlərdən birinin ya-nında yerə çöməlib fikirli-fikirli siqaretini sümü-rürdü. Camaat köməkləşib "əldən qalan əlli il qa-lar" prinsipinə uyğun mənim üstümdə olan sal daşların üstünə torpaq tökdülər. Həm baş, həm də ayaq daşlarımı qoyub uzaqlaşdılar.

      “Oğlanlarım el qınağından çəkinib qəbrimin üstündən uzaqlaşmaq istəmirdi”, – desəm, qurd-lu analara bənzərəm, amma inanın, kimlərinsə gəlib onların qoluna girməklərini gözləyirdilər sanki.

      Beləcə, onlar da getdilər. Üstümə o qədər torpaq tökmələrinə baxmayaraq, mən yenə onları görür və eşidirdim. Bir az uzandım qəbrimin içində.

      Nə baş verəcəyini çox gözlədim. Amma nə gələn oldu, nə də gedən. Xeyli ötən günlərimi fi-kirləşdim. Keçmiş xoş və naxoş günlərimi gözlə-rim önündə canlandırdım, evlənməyimi, uşaqla-rımın doğulmasını, onların evlənməsini, nəvələ-rimi… Hamısını düşündüm. Nə cəhənnəm mə-ləkləri, nə də cənnət mələklərindən bir xəbər var idi. Yaman darıxdım. Sən demə, ölmək belə