Meqrenin qəlyanı. Жорж Сименон. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Жорж Сименон
Издательство: Köhlən Nəşriyyatı
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
>“Yazıqları öldürmürlər…”

      İki saat idi ki, bu gicgici fraza Meqredən əl çəkmirdi. Qəfil eşidilmiş mahnının nəqarəti kimi onun beynində fırlanırdı və Meqre hətta bir-iki dəfə onu bərkdən də demişdi. Sonra təzə variant peyda oldu:

      “Adamları alt paltarında öldürmürlər…”

      Avqust ayı idi. Camaatın əksəriyyəti məzuniyyətdə idi. Paris bomboş görünürdü. Səhər doqquz olmağına baxmayaraq yaman isti idi. İdarədə sakitlik hökm sürürdü. Sahilə baxan bütün pəncərələr açıq idi. Meqre kabinetinə girən kimi pencəyini çıxartdı. Elə həmin dəqiqə hakim Kamello zəng vurdu.

      – Zəhmət olmasa De-Dam küçəsinə gedin. Bu gecə orda qətl törədilib. Polis şöbəsinin komissarı mənə uzun və dolaşıq əhvalat danışdı. O indi hadisə yerindədir. Prokurorluqdan ora on birdən tez gəlməyəcəklər.

      Həmişə belə olur: sakit bir gün keçirmək istəyirsən – gup! – nəsə peyda olur!..

      – Gedək Lüka?

      Əlbəttə artıq əməliyyat maşınını göndərməyə yer tapıblar. Xlor iyi verən metroda getmək lazım gəldi və üstəlik Meqre qəlyanını söndürməli oldu.

      …De-Dam küçəsinin aşağı tərəfi Batinol küçəsinə çıxır. Günəş yandırır. Səkidəki xırda satış məntəqələrində tərəvəz, meyvə və balıq qalaqlarının dalında satıcılar oturub. Yəqin ki, qətl törədilən evə xeyli adam yığılıb, fürsətdən istifadə edən uşaqlar qaçışır, qışqırır. Adi yeddi mərtəbəli ev. Qapıda polis dayanıb.

      – Komissar sizi yuxarıda gözləyir, müsyö Meqre… Dördüncücü mərtəbədə. Ay camaat nə dayanmısınız? Baxmalı nə var ki… Heç olmasa yolu kəsməyin, çəkilin!

      Balaca, diqqət çəkməyən, belə desək vicdanlı adamların yaşadığı evdə nə cinayət ola bilər? Hansısa sevgi və qısqanclıq dramı? Axı görünüş bunun üçün də əlverişli deyil.

      Dördüncü mərtəbə. Böyük qapı, dalınca mətbəx. Orda xeyli uşaq qışqırışır. Ya üç, ya da dörd nəfərdirlər – on iki, on altı yaş arası uşaqlar. O biri otaqdan qadın səsi:

      – Jerar, bacınla işin olmasın, eşidirsən!..

      Səs əsəbi və eyni zamanda yorğundur, həyatını heç nə üçün mücadilədə çürütmüş qadının səsi kimi.

      Qapı açıldı və Meqre öldürülənin arvadını gördü. İndi Jerara qışqıran bu idi. Qadın Meqreyə baxdı və “biri də gəldi” mənasında köks ötürdü.

      Onun yanında sahə müvəkkili dayanmışdı. Meqre onun əlini sıxdı.

      – Bu komissar Meqredir, – sahə müvəkkili izahat verdi. – Tədqiqatı o aparacaq.

      – Hər şeyi təzədən danışım?

      Həm qonaq otağı, həm də yemək otağı rolunu oynayan otağın bir küncündə radio, o biri küncündə paltartikən maşın qoyulmuşdu. Açıq pəncərədən küçədəki səslər eşidilir, mətbəx qapısı da açıqdır və ordan uşaqların qışqırıq səsləri gəlir. Qadın qapını bağladı və səs kəsildi, elə bil radionu söndürdülər.

      – Belə şey ancaq mənim başıma gələ bilərdi. Oturun, müsyö. Bəlkə nəsə içmək istəyirsiniz? Verim. Heç bilmirəm…

      – Sadə və anlaşılan dillə baş verənləri danışın.

      – Mən axı heç nə görməmişəm, nə danışacağam? Hələ də mənə elə gəlir ki, heç nə olmayıb. Həmişəki kimi, yeddinin yarısında o evə gəldi. Heç vaxt gecikməzdi. Gələn kimi də stola oturmağı sevirdi.

      O ərindən danışırdı. Onların bir yerdə çəkilib böyüdülmüş şəkilləri divardan asılmışdı. Qadının belə əzgin, yazıq görünməsi ərinin tragik ölümüylə bağlı deyildi. Şəkildə də elə görünürdü, elə bil bütün dünyanın yükü onun çiynində idi.

      Ərinin isə bığları, kirşanlı yaxalığı diqqət çəkirdi. Onun üzü o qədər maraqsız idi ki, yüz dəfə görsəniz də ona fikir verməzdiniz.

      – O yeddinin yarısı gəldi, pencəyini çıxartıb şkafdan asdı. Düzünü deyim ki, o, öz əşyaları ilə həmişə səliqəli davranardı… Səkkizdə Fransina gəldi, o işləyir, mən stolun üstündə onunçün yemək də qoymuşdum…

      Yəqin ki, o bunları polis komissarı üçün danışıb. Amma lazım olsaydı, öz hekayəsini yeknəsəq səsilə və nəyisə unutmaq qorxusuyla yenə və yenə danışardı.

      Onun qırx beş yaşı vardı, cavanlıqda yəqin ki, gözəgəlimli olub, amma o vaxtdan illər keçib, onu isə hər gün səhərdən axşamacan ev işləri məşğul edib…

      – Moris sevimli yerində, pəncərənin qabağında oturdu… İndi sizin oturduğunuz yerdə. Bu onun kreslosudur… O kitab oxuyurdu, hərdən də radionun dalğasını tutmaq üçün dururdu…

      Axşam saatlarında De-Dam küçəsində eyni işlə məşğul olan yüzlərlə kişi tapmaq olar – bütün günü işləyən və indi pəncərə qabağında oturub kitab, ya da qəzet oxuyan kişilər…

      – Deməliyəm ki, o axşamlar heç yerə getmirdi. Yəni tək, bizsiz. Həftədə bir dəfə kinoya gedirdik, hamımız bir yerdə… Bazar günləri isə…

      Hərdən danışığına ara verib mətbəxə tərəf boylanırdı. Bəlkə uşaqlar dava edir, ya da plitənin üstündə heç nə qalmayıb ki, yansın…

      – Harda qalmışdım? Hə… Fransina – onun on yeddi yaşı var, Fransina gəzməyə getdi və on birin yarısı qayıtdı. Qalanları yatmışdı… Mən nahar hazırlayırdım, bu gün üçün, çünki bu gün dərziyə getməliydim… Aman Tanrı! Yadımdan çıxıb ona xəbər göndərim ki, gəlmə-yəcəyəm… O isə məni gözləyir…

      Bunun özü də onun üçün faciə idi.

      – Biz uzandıq… Daha doğrusu, biz yataq otağına girdik, mən çarpayıya uzandım… Moris həmişə məndən gec soyunurdu. Pəncərə açıq idi… Pərdələri də salma-mışdıq, bürkü idi… Üzbəüz evdən bizə heç kim baxmırdı… Ora mehmanxanadır… Ora gələnlər tez yatır… Onlar pəncərədən baxmırlar…

      Meqre elə sakit oturmuşdu ki, Lüka onun indicə yatacağından qorxurdu. Eyni zamanda Meqrenin qəlyanı sıxmış dodaqlarının arasından hərdən tüstü çıxırdı.

      – Nə danışım ki… Belə şey ancaq mənim başıma gələ bilərdi… Biz onunla danışdıq… Nədən danışdığımız yadımda deyil, amma o şalvarını çıxartıb qoyanacan danışdı… Onun əynində təkcə alt paltarı qaldı… Sonra corabını çıxardıb pəncəsini qaşımağa başladı, onun pəncələri həmişə ağrıyırdı… Mən küçədən səs eşitdim… bilirsiniz necə… maşın səsinə oxşayırdı… yox, belə yox, belə, belə: f-r-r-f-r-r… Hə, hə, belə: f-r-r-f-r-r… Su krantından hava çıxanda gələn səs kimi… Burda fikirləşdim ki, Moris nə üçün sözünü yarımçıq kəsdi?.. Gün ərzində çox yorulduğum üçün beynim dumanlı idi… Deməli, o səsini kəsdi, sonra sakit və qəribə səslə dedi: “Əclaf!”. Mən çox təəccübləndim, çünki o, demək olar heç vaxt söymürdü… O elə deyildi. Mən soruşdum: “Nə olub sənə?” Bu vaxt gözlərimi açdım, axı bayaqdan gözlərim bağlı idi və gördüm ki, o döşəməyə yıxıldı. Mən qışqırdım: “Moris!” Başa düşürsünüz, o heç vaxt özündən getməmişdi… Tam sağlam olmasa da heç vaxt xəs-tələnmirdi… Mən durdum… onu çağırıram… O isə xalçanın üstündə uzanıb və tərpənmir… Mən onu qaldırmaq istəyəndə gördüm ki, onun köynəyində qan var… Mən Fransinanı çağırdım, böyük uşağımızı. Sizcə, atasını belə görəndə mənə nə desə yaxşıdır? “Ana, sən nə etdin?” – və aşağı qaçdı ki, zəng etsin. O qapıçını oyatmalı oldu.

      – Fransina hardadır? – deyə Meqre soruşdu.

      – Öz otağındadır… Geyinir… Gecə özümüzdə deyildik, ona görə geyinməmişdik… Bağışlayın ki, bu görkəmdəyəm… Əvvəl həkim gəldi, sonra polis, sonra komissar…

      – Bizi tək qoya bilərsiniz?

      O əvvəlcə başa düşmədi.

      – Gedin!

      O mətbəxə getdi və yeknəsəq səslə uşaqların üstünə qışqırmağı eşidildi.

      – Əgər on beş dəqiqə