Sadəcə özün ol. Oşo. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Oşo
Издательство: Alatoran yayınları
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
i vəziyyətdədir. Hamı özünü olduğu kimi qəbul etməyə qorxur. İnsanlığın neçə əsr bundan əvvəldən hər bir uşağı, hər bir insanı emal etmə və düzəltmə forması budur. Bu bəsit, ancaq çox təhlükəli strategiyadır. Strategiya səni lənətləmək və sənə ideallar vermək əsasında qurulub; beləliklə, sən həmişə başqası olmağa çalışırsan. Xristian İsa olmağa, Buddist Budda olmağa çalışır; bunların hamısı diqqətini özündən uzaqlaşdırmaq üçün elə ağıllı şəkildə qurulmuş alətdir ki, bəlkə bunu edən insanlar belə bunun fərqində deyillər. İsa çarmıxda olanda insanlığa xitabən dediyi sözlər bir çox cəhətdən, xüsusən də, bu halda böyük əhəmiyyət daşıyır. O, Tanrıya belə dua etmişdi: “Ata, bu insanları bağışla, onlar nə etdiklərini bilmirlər.” Bu hər ata-anaya, hər müəllimə, hər din adamı və əxlaqçıya, mədəniyyəti, cəmiyyəti yönəldən, hər bir fərdi bəlli bir formaya salmaq üçün qəliblərə salmağa çalışan hər bir insana aiddir. Bəlkə də onlar da nə etdiklərini bilmirlər. Bəlkə də hər şeyi sənin yaxşılığınçün etdiklərini fikirləşirlər. Onların niyyətlərinə şübhə etmirəm, amma istəyirəm ki, o insanların cahil, şüursuz insanlar olduğunun fərqində olasan.

      Körpə şüursuz cəmiyyətin əllərində doğulur. Və o şüursuz cəmiyyət uşağı öz fikirlərinə görə formalaşdırmağa başlayır, halbuki, əsas şeyi unudurlar: uşağın özünə aid potensialı var; böyüyüb İsa, Krişna yaxud Budda yox, özü olmadır. Əgər böyüyüb özü olmasa, bütün həyatı boyunca son dərəcə bədbəxt olar. Həyatı cəhənnəmdən, lənətdən ibarət olar və nəyin səhv olduğunu bilməz. Başlanğıcdan səhv tərəfə istiqamətləndirilmişdir.

      Və diqqətini yayındırmaq üçün sən bir məsələdə mütləq şərtləndirilməlisən: bu da sənin olduğun halında dəyərsiz, işə yaramayan bir insan olmağın məsələsidir. Təbii olaraq əgər sən başqaları tərəfindən qoyulmuş qayda və qanunlara əməl etsən, hörmət və şərəfə layiq olarsan. Əgər ikiüzlü olmağı bacarsan, cəmiyyətin ən hörmətli vətəndaşlarından olarsan.

      Ancaq səmimi, dürüst insan olsan, özün olmağa inad etsən, hamı tərəfindən lənətlənərsən. Hamı tərəfindən lənətlənmiş biri olmaq üçün gərək böyük cəsarətin ola. Təkcə ayaq üstdə durub:

      “Hamı kimi olmayacağam, yaxşı yaxud pis, qəbul ediləcək yaxud əksinə, hörmətli yaxud hörmətsiz – necə olsam da, özüm olacağam. Bir şey dəqiqdir – o da mənim sadəcə özüm olacağım, başqa kimsə olmayacağım məsələsidir.”– deyə bilmək üçün gərək skeleti dəmirdən olan bir insan olasan. Bu, həyata qarşı son dərəcə üsyankar yanaşmadır. Bu, səfalət bataqlığından çıxmaq istəyən hər bir fərdin ehtiyac duyduğu əsas üsyandır.

      Məndən soruşursan ki: “Niyə özümü olduğum kimi qəbul etməkdən qorxuram?”. Çünki sən kimsə tərəfindən olduğun kimi qəbul edilməmisən. Onlar səndə özünü qəbul etdiyin halda hamı tərəfindən lənətlənmək qorxusu yaradıblar. Bu günə qədər mövcud olmuş hər bir cəmiyyətin və hər bir sivilizasiyanın bir şərti var: ya özünü qəbul edib hamı tərəfindən rədd edilərsən, ya da özünü rədd edib, bütün cəmiyyətin və sivilizasiyanın hörmət və şərəfini qazanarsan.

      Bu, həqiqətən çox çətin seçimdir. Təbii ki, əksəriyyət hörmətli olmağı seçəcək, amma hörmətlə yanaşı hər cür narahatlıq, əzab, mənasızlıq hissi, heç nəyin inkişaf etmədiyi, heç nəyin yaşıl olmadığı, heç bir çiçək açılmayan, dayanmadan getdiyin halda əsla qarşına vahə çıxmayacaq səhraya oxşar həyat da gəlir. Bu mənə Lev Tolstoyu xatırladır. Tolstoy, təkrar-təkrar gördüyü, müxtəlif məktəblərin, psixoanalitiklərin hardasa yüz ildir yozmağa çalışdığı bir yuxu danışmışdı. Yuxu olduqca qəribədir, amma mənə görə elə deyil. Məncə, onun psixoanalizə ehtiyacı yoxdur, sadə məntiq lazımdır. Yuxu illərlə təkrarlanmışdı, kabusa oxşarlığı vardı və Tolstoy hər gün gecənin tam ortasında tər-su içində oyanırdı, amma yuxuda elə də təhlükə yoxdu.

      Əgər yuxunun mənasızlığını başa düşsən… elə kabusa dönən problem bu idi. Yuxu demək olar bütün insanların həyatını təmsil edir. Psixoanaliz məktəblərinin heç biri bunun necə yuxu olduğunu başa düşə bilməmişdi, çünki ona paralel olan heç nə yoxdu, bənzərsizdi.

      Hər gecə təkrarlanan yuxu beləydi: ucu-bucağı olmayan səhra; gördüyü hər yer səhraydı və Tolstoyun özünün olduğunu sandığı bir cüt botinka səhrada gedirdi. Özü orda deyildi… təkcə botinkaları səhrada səs çıxararaq gedirdi və bu elə beləcə davam edirdi, çünki səhra sonsuzdu. Botinkalar heç bir yerə çatmırdı. Arxada botinkaların kilometrlərlə buraxdığı izləri görürdü, öndə isə botinkaların hələ də getdiyini.

      Adi şəraitdə bunun kabus olduğunu fikirləşməzsən, ancaq dərindən baxası olsaq, hər gün, hər gecə heç bir yerə çatmayan, mütləq heçliklə bağlı eyni yuxunu görərik. Sanki heç bir hədəf yoxdur… və botinkaların içində heç kim yoxdu, boşdu.

      Tolstoy bu yuxunu öz dövründə Rusiyada yaşayan psixoanalitiklərin hamısına danışmışdı, amma heç kim bunun nə mənaya gəldiyini tapa bilməmişdi, çünki buna az da olsa, bənzəyən yuxuya aid heç bir kitab yoxdu. Bu yuxu tamamən digər yuxulardan fərqliydi. Amma, mənim fikrimcə, heç psixoanalizə ehtiyac yoxdur. Bu, hər bir insanın həyatını təmsil edən adi bir yuxudur. Sən bir səhrada gedirsən, çünki varlığındakı əsas olan hədəfə irəliləmirsən, heç bir yerə çatmayacaqsan. Səhranın dərinliklərinə doğru nə qədər getsən, özündən bir o qədər uzaqlaşacaqsan. Və mənanı nə qədər çox axtarsan… mütləq boşluqdan başqa heç nə tapa bilməyəcəksən. Mənası budur. İnsan itib; sadəcə botinkaları gedir.

      Etdiyin şeydə deyilsən.

      Olduğun yerdə deyilsən.

      Görüdüyün işdə deyilsən. Bu tamamilə boşluqdur, ikiüzlülükdür. Amma bu şəraiti yaratmaq çox asandır: hamıya indiki hallarıyla yaşamağa da layiq olmadıqlarını demək. Olduqları hallarıyla dəhşət çirkindirlər, artıqdırlar. Bu hallarıyla özlərindən utanmalıdırlar, çünki hörmətəlayiq, dəyərləndirməli heç nələri yoxdur.

      Təbii olaraq hər bir uşaq da sözdə nəcib işlər görməyə başlayar. Getdikcə daha yanlış, daha da saxta hala gələr, öz həqiqətindən, öz varlığından daha da uzaqlaşar və sonra qorxu yaranar.

      Nə vaxt özünü öyrənməklə bağlı arzun olsa, dərhal bir qorxu onun arxasınca düşəcək. Bu qorxu, əgər özünü tapası olsan, öz gözlərində belə özünə olan hörməti itirmə qorxusudur.

      Cəmiyyət hər bir fərdə ağır təzyiq göstərir. Səni şərtləndirmək üçün əlindən gələni edir, beləcə, sən özünün şərtləndirilməli olduğuna, bu şəkildə yaşamalı olduğunu fikirləşməyə başlayırsan. Sən də cəmiyyətin bir hissəsi olursan və sadəcə bir insan olaraq, dindən, siyasətdən, millətdən, irqdən azad bir şəkildə doğulduğunu unudursan. Sən sadəcə saf, təmiz böyümək ehtimalıyla doğulursan.

      Mənim üçün, ruhi axtarış nəticələri, nə olur olsun, səni özünə geri gətirmək deməkdir. Özünə qayıtmalısan. Ola bilər ki, orda İsa tapmayasan, bu lazım deyil. Bir İsa bəs edər. Gautama Budda da tapmaya bilərsən, heç bu da problem deyil, çünki həyatda Budda çox olsa, çox sıxıcı olardı. Həyat insanları təkrarlamaq istəmir. Elə yaradıcıdır ki, həmişə hər bir fərdə yeni bir şey, yeni bir potensial, yeni bir imkan, yeni bir hündürlük, yeni bir zirvə, yeni bir ölçü verir.

      Həqiqətən axtarışda olan biri olmaq cəmiyyətlərə, sivilizasiyalara, mədəniyyətlərə sadəcə fərdə qarşı olduqları üçün üsyandır.

      Mən tamamilə fərdin tərəfindəyəm. Bir fərd üçün cəmiyyətlərin hamısını, bütün dinləri, mədəniyyətləri, insanlığın bütün keçmişini qurban verərəm. Fərd ən dəyərli varlıqdır, çünki fərd yaradılışın bir hissəsidir.

      Gərək qorxundan imtina edəsən. O sənə məcburən verilmiş bir şeydir – təbii deyil. Bir balaca uşaqlara diqqətlə baxın: uşaq özünü olduğu kimi qəbul edir, lənətlənmə ağlından belə keçə bilməz. Başqa birisi olmaq arzusu yoxdur, amma hər bir insan böyüdükcə başı, fikirləri dolaşır. Təkrarən özünə qayıtmaq üçün cəsarətli olmalısan. Bütün insanlar qarşını kəsməyə çalışacaq, lənətlənəcəksən. Ancaq səfil, saxta, səhv halda olub başqasının həyatını yaşamaqdansa, bütün dünya tərəfindən lənətlənmək daha yaxşıdır.

      Hüzurlu həyat yaşaya