Erməni mənəvi terroru. Cəfər Qiyasi. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Cəfər Qiyasi
Издательство: JekaPrint
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9952-8087-5-9
Скачать книгу
pty-line/>

      Kitab Klubu

      www.kitabklubu.org

      Erməni mənəvi terro ru. Adlar dəyişsə də, tarix qalır

      ÖN SÖZ

      Millətləri yaşadan ən önəmli ünsürün mədəniyyət olduğu məlum bir gerçəklikdir. Öz mədəni dəyərlərinə sahib çıxmayan millətlərin aqibətinin peşmançılıq olduğu tarix səhifələrindən bəllidir. Bir yazarın dediyi kimi: "Biz keçmişimizə güllə atsaq, gələcək nəsillər bizi topa tutar”. Bu baxımdan ləyaqətlə yaşamaq istəyiriksə, keçmişdən gələcəyə körpü salan mədəni irsimizi qorumağa, yaşatmağa və araşdırmağa məcburuq.

      XX əsri addım-addım arxada qoyduğumuz bir zamanda terrorun hələ gündəmdə olması, təəssüf ki, acı bir gerçəklikdir. Məsum və günahsız insanların terrorun qurbanına çevrilməsini böyük acıyla seyr etməkdəyik… Ancaq bunlardan daha təhlükəli və bağışlanmaz olanı mənəvi terrordur. Bəzi millətlər düşmən saydıqları xalqların əsrlərlə yaradıb-yaşatdıqları mənəvi dəyərləri yandırıb-dağıdaraq, silib-dəyişdirərək şərəfli bir iş gördüklərini zənn edirlər. Başqa millətlərin mədəni abidələrini dağıtmaqla özlərinin nə qədər “mədəni” millət olduqlarını sübut etməyə çalışanları hər halda tarix bağışlamayacaq.

      Dəyərli oxuyucular! Əlinizdəki bu kitab “mənəvi terror nədir" sualına cavab verən, dünya ictimai fikrinə ünvanlanacaq bir ibrət dərsidir. Soyqırımı iddiasında bulunan və sırtıqcasına dünyanı yayındırmağa çalışan erməni təbliğatçılarının Azərbaycan türklərinə qarşı necə mənəvi genosid törətdiklərini ibrət və dəhşətlə oxuyacaqsınız. Kitabı oxuduqca milli və mənəvi dəyərlərin həkk olunduğu maddi sənət əsərlərini tamamilə ortadan qaldıran erməni qəsbkarlarının türkcə yer adlarına ifrat dərəcədə dözümsüzlüyünü gördükcə vicdanınız sızlayacaq. Görəsən, burada sadəcə üzülmək və təəssüflənmək yetərlidirmi? “Bizim əlimizdən nə gələr” deyənlər mənəvi genosid törədən ermənilərin xəmirinə su tökmüş olmayacaqlarmı? Bəs nə etməli?..

      Bütün dünyaya, əsasən də, mədəni abidələrin qorunması və mühafizəsi ilə məşğul olan beynəlxalq təşkilatlara yorulub-usanmadan gerçəkləri anlatmalıyıq. Öz yalanlarını dünya ictimai fikrinə gerçəklik kimi sırıyan ermənilərin tərəfdarlarına qarşı haqqımızı sonadək anlatmağa məcbur və məhkumuq. Başqa çarəmiz yoxdur. Bu vəzifə təkcə Azərbaycanın deyil, Azərbaycan türklərinin haqlı və şərəfli davasına inanan xaricdəki qurum və təşkilatların da bir nömrəli vəzifəsidir.

      Azərbaycan davası böyük və müqəddəs davadır. Müstəqilliyə təzəcə qovuşmuş bir dövlət olmağımıza baxmayaraq, tarix səhnəsinə yeni çıxmış bir millət deyilik. Əsrlərdən gəlir səsimiz. Tez və ya gec – haqlı olduğumuzu, qürurumuzu və ləyaqətimizi bütün dünyaya sübut edəcəyik. Buna zərrəcə şübhə yoxdur. Ancaq yuxarıda qeyd etdiyimiz kimi, bu müqəddəs savaşı anlamaq, başqalarına anlatmaq və bu yolda usanmadan çalışmaq gərəkdir.

      Bu düşüncələrin işığında məşhur memar-yazar Cəfər Qiyasi ilə İğdır Azərbaycan Türk Kültürünü Tanıtma Dərnəyinin başqanı, tədqiqatçı-yazar (mərhum) İbrahim Bozyelin müştərək hazırladıqları bu gözəl və dəyərli əsəri diqqətinizə çatdırmaqdan məmnunluq duyuruq.

      Ayrıca təşəkkürlərimizi kitabın işıq üzü görməsində əvəzsiz yardımına görə “BAĞLAN” şirkətlər qrupunun prezidenti Hafiz Məcid oğlu Məmmədova çatdırırıq!

      Redaktordan

      AZƏRBYCAN-TÜRK MƏDƏNI IRSINƏ QARŞI YÖNƏLƏN ERMƏNI TERRORU

      1930-cu illərdə türkçülük, turançılıq suçlamasıyla Sibirə sürgün edilən böyük Azərbaycan mütəfəkkiri Hüseyn Cavidin ikicə misrası təkcə sistem pozuqluğu olan cəmiyyəti deyil, böyük arzularla yaşayan fərd və millətlərin çıxılmaz vəziyyətini də məharətlə ifadə edir:

      Rəqsi təlim ediyor axsaqlar,

      Əzəmət düşkünüdür alçaqlar.

      Böyüklük xülyasında olan zəif bir şəxsiyyət əlinə imkan düşərsə, çevrəsindəki insanlar üçün necə təhlükəlidirsə, böyüklük, əzəmət iddiasında olan kiçik bir xalq da eləcə qonşuları üçün daim problem qaynağı olur. Azərbaycan türkləri erməni örnəyində zaman-zaman belə gerçəkliklə qarşılaşsa da, başına gələn fəlakətlərdən dərs alaraq lazım olan tədbirləri görməyib.

      Ermənilərin təbiətində olan davakarlıq və qəddarlıq onların tarixi taleyindən irəli gəlir. Tarix boyu böyük dövlətlərin hökmranlığı altında yaşayan, heç bir zaman müstəqil dövləti olmayan ermənilər ağalarını tez-tez dəyişən kölələr kimi qul durumunda ömür sürüblər. Roma, İran, Bizans, Ərəb, Türk, Rus… Tarix səhnəsinə yeni ağa çıxdıqda ermənilər həmişə əski ağalarına qarşı üsyan ediblər. Rus tədqiqatçısı Veliçkonun sözlərinə görə, ermənilər ağalarını sistemli olaraq satmışlar.[1] Beləcə əbədi olaraq köləlik duyğusu bu millətdə insansevərlik, alicənablıq hisslərinin yaranmasına imkan verməyib. Köləlik duyğusu erməni xarakterində qısqanclıq, ikiüzlülük, böyüklüyə və əzəmətə aclıq kimi neqativ keyfiyyətlər meydana gətirib.

      Ac xəyallarında “Böyük Ermənistan” mifini yaradan, ancaq gerçəkləşdirməyə gücü yetməyən, böyüklük yükünün altına girmiş bu kiçik xalq özünü içindən çıxılmaz bir hala salmışdır. Kölə xülyasından törəmiş böyüklük, qədimlik iddialarını elmi təməllərə dayandırmaq, uydurduqları böyük yalanları maskalamaq və qədim dövr tarixini öz xeyirlərinə dəyişdirmək üçün Yaxın Şərq xalqlarının maddi və mənəvi mirasını acgözlüklə mənimsəyiblər. Son yüz ildə erməni mütəxəssisləri və rus siyasətçiləri uydurduqları “Böyük Ermənistan” xəritəsinə tarixi-elmi don geydirmək üçün total səfərbərlik elan ediblər. Sadəcə siyasətçiləri deyil, ziyalıları da zəiflik, qorxaqlıq və alçaqlıq nümunəsi olan terror yolunu tutublar, beləliklə, ermənilər tərəfindən bu xəyali xəritənin aid olduğu ərazidə yerləşən türk tarix və mədəni mirasına qarşı geniş miqyasda məhvetmə əməliyyatına start verilib. Bu torpaqlar Azərbaycanın tarixi torpaqları olduğundan ermənilərin həyata keçirdikləri terror əvvəldən Azərbaycan-türk mədəni-mənəvi mirasına qarşı yönəlib. Ermənilər türk mənəvi mirasına qarşı davalarını bir neçə yöndə aparmaqdadırlar:

      1) Aşkar mədəniyyət oğurluğu: başqa xalqların abidələrini erməni abidəsi kimi özününküləşdirmək;

      2) Erməniləşdirmə: bəzi modifikasiyalarla qonşu xalqların abidələrinə əl qoymaq;

      3) Ermənisayağı mənəvi terror: erməniləşdirə bilmədiklərini dağıdıb izini yox etmək…

      Ermənilər mədəni oğurluğu ən çox musiqi sahəsində gerçəkləşdiriblər. Çox sayda Azərbaycan mahnı və oyun havasını, adını belə dəyişdirməyə gərək görmədən, özlərinə aid imiş kimi təqdim etməkdədirlər. “Sarı gəlin”, “Köçəri”, “Uzundərə”… Ayrıca seçilmiş türk yallıları (Anadolu və Naxçıvan yallıları), erməni folklor qruplarının repertuarında önəmli yer tutur.

      Çağdaş erməni bəstəkarlarının – özəlliklə A. Xaçaturyanın yazdıqları opera və balet əsərlərində Azərbaycan xalq musiqisindən çox geniş şəkildə istifadə olunub. Ermənilər Şərqdə çox yaxşı bilinən və tanınan Azərbaycan muğamlarına da sahib olmaqdan çəkinməyiblər. Adlarından da anlaşıldığı kimi, türklərə aid olduğu hesab edilən musiqi alətlərinə də sahib çıxmaqdadırlar. Ney, zurna, kaman, tar

      Bu durum bir yandan erməni xarakterində olan oğurluğu, digər yandan orta əsrlərdə türk hakimiyyəti altında erməni musiqisinin üstün türk musiqi mədəniyyəti qarşısında davam gətirə bilməməsi üzündən öz-özlüyündə unudulmasının nəticəsidir…

      Dekorativ əl sənətlərində, özəlliklə türklərə aid olan xalçaçılıq sənətində erməni təxribatı çox böyükdür. Xalçaçılıq ayrıca araşdırma sahəsi olmaqla bərabər qeyd


<p>1</p>

V.L. Veliçko, “Qafqaz”, Bakı, 1990, s. 75 (rusca)