Türkkologiyaya giriş. Elza Səmədli. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Elza Səmədli
Издательство: Köhlən Nəşriyyatı
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 9789952841114
Скачать книгу
kitabı Xəzər Unversitetində Azərbaycan dili və ədəbiyyatı filologiyası və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisaslarında təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Dərs vəsaitinin hazırlanma məqsədi türkologiya elmi və tədqiqat sahəsi, türkoloji tədqiqatlar, türk dili və onun aid olduğu dil ailəsi ilə əlaqədar təsnifatlar, türk dillərinin təsnifatı, tarixi mərhələləri haqqında tələbələrə məlumat verməkdir. Eyni zamanda tələbələrin növbəti semestrlərdə “Türk ləhcələrinin müqayisəli qrammatikası” və “Türk xalqları ədəbiyyatları kimi əlaqədar fənlərin daha yaxşı mənimsəməsi üçün özül yaratmaq və ilkin bilik və bacarıq formalaşdırmaqdır.

Tələbələr bu dərs vəsaitindən aşağıdakı bilikləri əldə edəcəklər:

      – Türkologiyanın əsas mənbələrini və bu sahədəki əsaslı tədqiqatları,

      – Türk dili və onun aid olduğu dil ailəsi ilə əlaqədar təsnifatlar,

      – Türk dilinin yaşı və dövriləşdirilməsi haqqındakı nəzəriyyələri,

      – Türk dilinin inkişaf mənbələri,

      – Tarixi türk ləhcələrinin təsnifatı,

      – Göytürk əlifbası,

      – Qədim türk dilinin fonetik və morfolojik xüsusiyyətləri,

      – Tarixi türk ləhcələrini fonetik və morfolojik xüsusiyyətləri.

Tələbələr bu dərs vəsaitinin tədris prosesi zamanı istifadəsindən aşağıdakı bacarıqlara yiyələnəcəklər:

      – Türkologiyanın tədqiqat obyektini təyin edir,

      – Türk dilinin aid olduğu dil ailəsinin əsas xüsusiyyətlərini müəyyənləşdirir,

      – Türk dilinin tarixi mərhələlərini dövriləşdirir,

      – Göytürk əlifbası ilə yazılmış mətnləri latın əlifbasına və müasir Azərbaycan dilinə çevirir,

      – Göytürk əlifbası ilə yazılmış mətnləri oxuyur və fonetik-morfolojik təhlil edir.

      – Qədim türk dilinin fonetik və morfolojik xüsusiyyətlətini mətnlər üzərində təhlil edir.

      – Uyğur türkləri, Uyğur türklərindən qalan əsərlər, Uyğur türkcəsinin əsas xüsusiyyətlərini izah edir,

      – Qarluq qrupu türk ləhcələrini fonetik və morfolojik xüsusiyyətlərini müəyyən edir və mətn üzərində təhlil edir,

      – Qədim Oğuz türkcəsinin fonetik və morfolojik xüsusiyyətlərini müəyyən edir və mətn üzərində təhlil edir,

      Türkologiyanın tədqiqat tarixi və mənbələri

Bu bölmədə öyrənəcəksiniz:

      – Türkologiya nəyi öyərənir

      – Türkologiyanın tədqiqat sahələri

      – Əsas türkoloji tədqiqatlar

      Türkologiya türklük haqqında elm deməkdir. Bu elm sahəsi qədim və müasir türk dillərini, onların tarixi inkişaf mərhələlərini və arealını, folklorunu, ədəbiyyatını, tarixini, maddi və mənəvi mədəniyyətini, etnoqrafiyasını, ümümiyyətlə, türklərlə bağlı bütün sahələri öyrənir. Bu sahələri öyrənən tədqiqatçılara və elm adamlarına isə türkoloq deyilir. Türkologiya eyni zamanda türkologiya ilə məşğul olmuş elm adamlarını və onların fəaliyyətlərini öyrənir.

      Türkologiyaya yaxın elm sahələri altayşünaslıq və monqolşünaslıqdır. Bu elm sahələri eyni dil qrupuna daxil olan Altay dillərini müqayisəli şəkildə öyrənir.

      Türkologiya sahəsindəki tədqiqatlar və nəşrlər Qərbi Avropa ölkələrində başlamışdır. Avropalılar türklər və türk ləhcələri ilə əlaqədar ilk məlumatları müharibə əsirləri və türklər arasında xristiyanlığı təbliğ edən misyonerlər vasitəsi ilə əldə etmişlər. Bundan başqa, avropalılar müxtəlif dillərdə yazılmış qədim dövrlərə aid mənbələri də toplayaraq türklər haqqında dağınıq məlumatları öyrənməyə başlamışlar. Əslində bu elmin tarixi Avropada XIV əsrdən başlanır. Ancaq bu sahəni “Türklərdən bəhs edən elm” kimi genişlətsək, o zaman bu tarix daha qədim dövrlərə latın və Bizans mənbələrinə qədər uzanır. Belə ki, bütün avropa xalqları Ammianus Marcellinus (IV əsr), Priskos (ölm. təxminən 472), Sidonius Apollinaris (V əsr), Jordanes (VI əsr), Prokopios (VI əsr), Menandros Protektor (VI əsr), Gregoire de Tours (ölm. 594) kimi yazıçılardan qədim Türklər haqqında məlumat əldə etmişlər. Əslində qeyd olunan bu əsərlərdə türk dilində bəzi adlar və sözlər də işlənmişdir.

      XIV əsrin əvvəllərində avropada türk dilinə aid bir əsər yazılmışdır. Elm aləmində Codex Cumanicus olaraq tanınan bu lüğət kuman türklərinin dilindən bəhs edir. Türk dilinin bu əsərdən daha qədim dövrlərə aid istər runik, istərsə də ərəb hərfli mənbələri ilə yanaşı latın hərfli bu əsər türkologiya üçün əsas mənbələrdən biridir. Türkologiyanın mənbələrindən bəhs edərkən əlbəttə ki, qədim çin mənbələrini unutmaq olmaz. Həm türk xalqının, həm də türk dilinin tarixini öyrənilməsi baxımından misilsiz əhəmiyyətli olan “Çin yıllıkları” qədim türk qəbilə və tayfaları və onları dilləri ilə əlaqədar məlumatlar verir.

      Beləliklə, bugün türkologiya elmi adlandırdığımız sahə Avropada vüsət tapmış və zaman-zaman inkişaf etmişdir. Qərbi Avropa ölkələri ilə birliktə türkologiyanın öyrənildiyi və inkişaf etdirirldiyi ölkələrdən biri bugünki Rusiya və əvvəlki Sovet İttifaqı ölkələridir. Türk xalqlarının 70 il ərzində Sovet İttifaqının tərkibində qalması bu ölkədə Türkologiyanın inkişaf etməsinin əsas səbəblərindən biridir. Sovet türkologiya məktəbi beynəlxalq aləmdə xüsusi bir yer tutmaqdadır.

      Rusiyada Oktyabr inqilabına qədər olan dövrdəki türkoloji tədqiqatları rus alimi A.N. Kononov “Türk dillərinin öyrənilmə tarixini Oktyabr inqilabına qədərki dövr” adlı əsərində göstərmişdir. O, bu əsərdə Qərbi Avropa, Rusiya və Sovet İttifaqı, Türkiyə, Amerika Birləşmiş Ştatları və Yaponiyadakı türkoloji tədqiqatlara və nəşrlərə yer vermişdir.

      A.N.Kononov eyni zamanda həmin dövrdə Rusiyada yetişən türkoloqların həyatlarından və tədqiqatlarından bəhs edən biobiblioqrafiq lüğətdə nəşr etdirmişdir.

      Türkologiya sahəsindəki tədqiqatlarla əlaqədar bir başqa dəyərli əsər 1975-ci ildə S.D.Miliband tərəfindən nəşr etdirilən “Sovet şərqşünaslarının biobiblioqrafiq lüğəti”dir.

      Türkiyəli alim H.Ərən 1998-ci ildə nəşr etdiyi “Türklük Bilimi Sözlüğü” kitabının I cildində xarici türkoloqların həyat və fəaliyyətlərini incələmişdir.

      Dil nəzəriyyələri, Türk dilinin dünya dilləri arasındakı yeri

Bu bölmədə öyrənəcəksiniz:

      – Altay dilləri nəzəriyyəsi və tərəfdarları;

      – Altay dillərinin ortaq xüsusiyyətləri;

      – İskit (Skif) dilləri nəzəriyyəsi;

      – Turani dillər nəzəriyyəsi;

      – Yafes nəzəriyyəsi;

      – Nostratik nəzəriyyə;

      – Avrasyatik nəzəriyyə;

      – Monogenist nəzəriyyə.

      Altay dilləri nəzəriyyəsi

      Dünyadakı dil qrupları içində türk dili dilçilər tərəfindən geneoloji sinifləndirmədə Altay dil qrupuna daxil edilir.

      Altay dilləri – türk, monqol, tunqus-mancur və XX əsrin ikinci yarısından da koreya və yapon dillərinin eyni mənşədən törəməsini və qohumluğunu qəbul edən nəzəriyyənin adıdır. Bu nəzəriyyəyə görə, bəhs olunan dillər ulu Altay dilindən törəmiş və tədricən müstəqil dillər kimi formalaşmışdır.

      Johann Philip Tabbert (von Strahlenberg) və Ural-Altay dilləri nəzəriyyəsi. Əslində Altay dilləri nəzəriyyəsinin başlanğıcı XVIII əsrdə qoyulur. Belə ki, Ural-Altay dilləri nəzəriyyəsinə ilk diqqət çəkən Poltava müharibəsində ruslara əsir