Zəmanəmizin qəhrəmanı. Михаил Лермонтов. Скачать в формате fb2, epub, doc, txt. Newlib. NEWLIB.NET

Zəmanəmizin qəhrəmanı - Михаил Лермонтов

Автор: Михаил Лермонтов
Издательство: Автор
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 9789952547191

"“Zəmanəmizin qəhrəmanı” romanının parlaq obrazı Peçorin dünya ədəbiyyatının ən orijinal, ən xarakterik simalarındandır. Peçorin ziddiyyətlərin qəhrəmanıdır. Onu məntiqlə anlamaq mümkünsüzdür. O, ehtirası ilə barizləşən deyil, şövqündə itən xarakterdir. Dövrün böyük təlatümləri, Qafqazda gedən misilsiz oyunların içində insan taleləri əriyib gedir. Günahkar zaman insanları cinsə, vəzifəyə, xarakterlərə deyil, günahkarlara və günahsızlara bölür. Lermontov göstərir ki, bu zamanın qəhrəmanı elə belə də olar. Zamanın qəhrəmanı eqoizmdir, mənəm-mənəmlikdir. Zamanın qəhrəmanı elə zamanın özüdür. Bu əsərdəki bütün qəhrəmanlar nədəsə səhv edirlər. Hər səhv bənzərsizdir, ona görə də hər səhv müstəsna qurban tələb edir. Bu romanda tale hər kəsə öz yanlışını fərqli missiya kimi təqdim edir. Ata taleyi ilə maraqlanmadığı qızını axtardığına görə, Bela isə icazəsiz çölə çıxdığı üçün öldürülür, Peçorin sonunu düşünmədiyi üçün cəzalanır, digər insanların zamanla dəyişdiyi həqiqətini unutduğuna görə tale tərəfindən cavabını alır. O unudur ki, hər kəs öz səhvləri ilə bənzərsizdir."