Əlqəmə - Kəramət Böyükçöl
Автор: | Kəramət Böyükçöl |
Издательство: | Qanun nəşriyyat |
Серия: | |
Жанр произведения: | |
Год издания: | 0 |
isbn: | 2001371014632 |
Kəramət Böyükçölün “Əlqəmə” romanı reallıqları qəbul edə bilməyən bir insanın, eyni zamanda yazıçının başına gələn hadisələrdən bəhs edir. Həyatda öz yerini tapa bilməyən, ailə, qadın, sevgi, iş münasibətlərində daim uğursuzluğa düçar olan Əlqəmənin birdən-birə qazandığı şöhrətin arxasında dayanmağa da gücü çatmır. Daim depressiya, ünvansız bir darıxmaq, özünü axtarmaq… O, Qaraçöpdə babasıgilin damından təsadüfən tapdığı əlyazmanın iki səhifəsini öz yazıçı təxəyyülünün süzgəcindən keçirib yeni bir roman yazmağa başlayır. Bundan sonra Əlqəmə kimlərsə tərəfindən izləndiyini hiss edir və buna görə onsuz da narahat olan həyatının qorxusu, həyəcanı bir az da artmağa başlayır. Əvvəldən dostluq münasibətləri olan akademik Salman Ozançı bu əsərdən sonra onun həyatına yeni obraz kimi daxil olur. Asudə, Təkqol da Əlqəmənin təsadüfən qarşısına çıxmış əlyazmanın hələ çap olunmamış səhifələridir. Hüdudsuz təfəkkür zənginliyi Əlqəmənin hətta öz qətlini, tabutunu, meyitini belə gözünün qarşısında canlandırır.