Qurani-Kərim (1-25-ci surələr). Народное творчество. Скачать в формате fb2, epub, doc, txt. Newlib. NEWLIB.NET

Qurani-Kərim (1-25-ci surələr) - Народное творчество

Автор: Народное творчество
Издательство: Аудиокитаб ООО
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:

Qurani Kərim milyard yarımdan çox insanın etiqad etdiyi islam dininin Müqəddəs Kitabı, ərəb ədəbi dilinin ən möhtəşəm abidəsi və səmavi kitabların ən sonuncusu və mükəmməlidir. İlahi gözəlliyə malik olan bu əsər Ulu Tanrının öz möcüzəsi kimi milyonlarla insanların qəlbinə hakim kəsilmiş, beyninə nüfuz etmişdir. Onun ilahi gözəlliyini təsdiq etməyə təkcə bu kifayətdir ki, ərəb dilini bilməyənlər belə onu dinləməkdən doymur, yorulmurlar. Quran 114 surədən ibarətdir. Bu surələrdən ən uzunu 286 ayədən ibarət əl-Bəqərə surəsi, ən qısaları isə 3 ayədən ibarət əl-Kəusər, ən- Nəsr və əl-Əsr surələridir. Qurani-Kərim əl-Fatihə surəsi ilə başlanır və ən-Nas surəsilə bitir. 90 surə Məkkədə, 24 surə Mədinədə nazil olmuşdur. Türk xalqları İslamı qəbul etdikdən qısa bir müddət sonra Quranı türkcəyə çevirmişlər. Qurani-Kərim Azərbaycan dilinə orta əsrlərdən etibarən tərcümə edilməyə başlamışdır. Bu tərcümələr əlyazması şəklində mövcuddur. Bakı qazısı Mir Məhəmməd Kərim ağanın 1904-1906-cı illərdə nəşr olunmuş “Kəşf əl-həqaiq” adlı təfsir-tərcüməsi, Şeyxülislam Məhəmməd Həsən Mollazadə Şəkəvinin 1908-ci ildə hazırladığı “Kitab əl-bəyan fi təfsir əl-Quran” adlı təfsir-tərcüməsi sanballı əsərlərdir. Quranın Ziya Bünyadov və Vasim Məmmədəliyev tərəfindən 1991-ci ildə Azərbaycan dilinə edilmiş tərcüməsi müasir dövrdə ən mükəmməl tərcümələrdən sayılır.