Azərbaycan nağılları - Народное творчество
Автор: | Народное творчество |
Издательство: | Аудиокитаб ООО |
Серия: | |
Жанр произведения: | |
Год издания: | 0 |
isbn: |
Azərbaycan nağılları – Azərbaycanın şifahi xalq ədəbiyyatının epik növünə aid janr. Azərbaycan nağılları Azərbaycan xalqının dünya görüşünü, həyata münasibətini, zülmə qarşı mübarizəsini, gələcək üçün arzularını və inamını əks etdirən şifahi xalq ədəbiyyatının çox qədim və geniş yayılmış növlərindəndir. Azərbaycan nağıllarını mövzularına görə bir-neçə hissəyə bölmək olar: Heyvanlar haqqında olan nağıllar: M.Təhmasibin fikrincə bu növ nağıllar ən qədim nağıllardır. Qədim insanlar bəzi heyvanlara ecazkar varlıq kimi baxıb onları müqəddəsləşdirmişlər. Totem və tetemizim də belə yaranmışdır. Azərbaycan nağıllarının çoxunda totem heyvanlara rast gəlmək olar. ’’Göyçək Fatma’’, ’’Fatmanın inəyi’’, ’’Ovçu Pirim’’ və qeyri. «„Göyçək Fatma“» , «„Fatmanın inəyi“» Heyvanlara aid olan nağılların içərisində böyük bir qismini alleqorik nağıllar təşkil edir. ’’Şəngilim, Şüngülüm, Məngülüm’’ və s. Sehirli nağıllar – Bu nəğıllarda qəhrəmanlar sehr, cadu, əfsun və əfsanəvi köməkçilərlə düşmənə qarşı mübarizə aparır. Məs. ’’Sehirli üzük’’, ’’Şəms və Qəmər’’, ’’Məlikməmməd’’ və s. Tarixi nağıllar – Bu nağılların qəhrəmanı tarixi şəxsiyyət, hökmdar, xalqın qəhramanı və ya məşhur bir sənətkardır. Məs. ’’İsgəndər və fağır’’ ’’Saleh və Valeh’’, ’’Üç bacı’’ və s. Məişət nağılları – bu növ nağıllar daha real və xalqın ictimai və məişət problemləri ilə daha bağlıdırlar. Məs. ’’Hacının köpəyi’’, ’’Yeddi qardaş bir bacı’’, ’’Dərzi şagirdi Əhməd’’ və s. lk xalq nağılları e.ə. 6-7-ci əsrlərdə yaranmışdır. Azərbaycanın müxtəlif mədəniyyətlərin kəsişdiyi bir coğrafi məkanda yerləşməsi nəticəsində yaranan özünəməxsus xüsusiyyət özünü xalq nağıllarında daha aydın surətdə əks etdirir. Azərbaycan nağıllarında həm şərq, həm də yunan-ellin və ərəb mədəniyyətlərinin izlərinə rast gəlmək mümkündür. Azərbaycanda nağıllar əsrlər boyu şifahi formada nəsildən-nəslə ötürülmüş və yalnız 20-ci əsrin əvvəlllərində yazılı şəkildə qeydə alınmışdır. Avropa nağıl mədəniyyətində olduğu kimi, Azərbaycan nağılları da nəsihətverici xarakter daşıyır. Qəhrəmanları heyvanlar olan nağıllarla yanaşı, mifik xarakterlər və fantastik elementlərlə zəngin nağıllara da rast gəlmək mümkündür. Nağıllarda hər zaman Azərbaycan xalqının gündəlik məişət həyatı əks olunur.