Seçilmiş əsərləri - Nigar Rəfibəyli. Nigar Rəfibəyli. Скачать в формате fb2, epub, doc, txt. Newlib. NEWLIB.NET

Seçilmiş əsərləri - Nigar Rəfibəyli - Nigar Rəfibəyli

Автор: Nigar Rəfibəyli
Издательство: Аудиокитаб ООО
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:

Nigar Rəfibəyli (1913-1981) Azərbaycanın görkəmli şairələrindəndir. Onun yaradıcılığında zərif məhəbbət lirikası, analıq, Vətən, təbiət mövzuları əsas yer tutur. Ana surətini Nigar Rəfibəyli poeziyasının baş qəhrəmanı hesab etmək olar. Analığın daxili məlahəti, Şərq özünəməxsusluğu, mərhəməti və fədakarlığı bu kövrəklikdə və narınlıqda öz bədii ifadəsini çox az şairlərdə tapmışdır. Nəhayət, bu poeziyada qadın hüsnü və şəfqəti ilə təbiətin öz gözəlliyi və məlahəti arasında ahəngi, birliyi ifadə edən bahar ətirli şeirlər ayrıca silsilə təşkil edir. Həmin bahar lövhələri ki, şairənin ömründə və poeziyasında da poetik baharın ifadəsidir. Bu kitabda unudulmaz şairəmiz Nigar xanımın müxtəlif illərdə yazdığı şeirlərlə yanaşı seçmə tərcümələri, gündəlik, xatirə və qeydləri oxuculara çatdırılır.