Sev və inan. Ceylan Mumoğlu. Скачать в формате fb2, epub, doc, txt. Newlib. NEWLIB.NET

Sev və inan - Ceylan Mumoğlu

Автор: Ceylan Mumoğlu
Издательство: Hədəf nəşrləri
Серия: Çağdaş ədəbiyyat
Жанр произведения:
Год издания: 0
isbn:

Kitabda Türkiyədə yaşayan həmyerlimiz, yazıçı-motivator Ceylan Mumoğlunun bir sıra psixoloji məsələlər üzərində qurulmuş məsləhətləri yer alıb. “Sev və inan!” sevgisizliyi yaradan səbəblərə qalib gəlməyi, insanda aktiv qüvvə olan sevgini düzgün istiqamətləndirməyi və bunu həyatın bütün sahələrinə tətbiq etməyi aşılayan kitabdır. Müəllifə görə, bugünkü cəmiyyətimizdə, xüsusilə gənclərin özünəinam və cəsarət mövzularında dəstəyə ehtiyac olduğunu müşahidə etməmək mümkün deyil. Bunun səbəbi ölkəmizdə psixoloji maarifləndirmə işinin zəif olması ilə əlaqəlidir. Ceylan Mumoğlu SEVGİ və İNAM kimi əhəmiyyətli psixoloji ehkamları “xoşbəxtlik” və “uğur” hədəfinə çatmaq üçün əsas vasitə hesab edir. Kitabın bir qismi də beyin və onunla əlaqəli məsələlərə, mütaliə vərdişinin yaradılmasına həsr olunub. Bundan əvvəl yazıçının psixoloji-fəlsəfi elmi-xronika olan “Aydınlanma səyahəti” kitabı və “Qurbağa öpüşü” adlı hekayələr toplusu işıq üzü görüb.